İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə103/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   99   100   101   102   103   104   105   106   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
128 
mərhələdə səliqəli şəkildə disk sürücüsünü disk ilə birlikdə noutbukun daxilinə 
itələmək lazımdır. 
DİSKLƏRƏ MÜRACİƏT 
İnformasiya yazılmış disklər ilə rəftarı daha da sadələşdirmək üçün müəyyən 
qayda - qanunlar işlənib hazırlanmışdır, yəni istifadə edilən disklər xüsusi olaraq 
adlandırılmışdır. Rahatlığı yaratmaqdan ötrü diskləri latın əlifbasının baş hərfləri 
ilə adlandırırlar və adlardan sonra iki nöqtə qoyurlar, məsələn, A:, B:, C: və s. 
İstifadəçi nəzərə almalıdır ki, A: və B: adları noutbuklar hazırlanan zaman 
öncədən elastik (əyilgən) maqnit disklərinə verilir. Uyğun disk sürücüsü 
noutbukda olmadıqda, diskin adlandırılması nəzərə alınmır. Məntiqi diskləri adətən 
C:, D: və s. kimi adlandırırlar. 
Məntiqi disk dedikdə fiziki diskin şərti adlandırılmış hissəsi başa düşülür. Ola 
bilər ki, istifadəçinin istifadə etdiyi noutbukda bir məntiqi disk fiziki disk ilə eyni 
ölçülü olsun, və yaxud da, bir fiziki disk bir neçə xırda məntiqi disklərə bölünsün. 
Məntiqi disklərin sayı və tutumu əməliyyat sistemini Sizin noutbukunuza 
quraşdıran şəxs tərəfindən müəyyən olunur. 
Əksər hallarda istifadəçi noutbuku əldə edərkən əməliyyat sistemi artıq 
quraşdırılmış, sərt disk isə məntiqi disklərə bölünmüş olur. 
Noutbukun daxilində disklər adlandırıldıqdan sonra, növbəti mərhələdə 
kompakt-disklərə və ya DVD-lərə informasiyanın yazılması və ya oxunması üçün 
istifadə olunan qurğuların adlandırılması həyata keçirilir. 
Sonrakı mərhələdə Sizin noutbukunuza qoşulmuş lokal şəbəkə disklərinin 
adlandırılması yerinə yetirilir. 
Bir çox hallarda istifadəçi Flash-Drive qurğusundan da istifadə edir. Bu 
zaman belə qurğuların diskinin adlandırılması informasiyanı yazan və oxuyan 
qurğuların adlandırılmasından sonra yerinə yetirilir. 
QRAFİK ADAPTER 
Noutbukda qrafik təsvirlərin və ya şəkillərin əks olunması və istifadəçi 
tərəfindən çəkilməsi üçün ana lövhənin daxilində qrafik adapter quraşdırılır.
Adapterləri qrafiki informasiyanı saxlama tutumuna görə iki yerə bölürlər: 

təsvirlərin müxtəlif əks olunma rejimlərini dəstəkləyən adapterlər; 

operativ yaddaşa quraşdırılmış adapterlər. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin