İ N F O R M A T İ K A
____________________________________________________________ 123
QEYD
: 1834-cü ildə görkəmli ingilis alimi Çarlz Bebbic Analıtık maşının
yaradılması ilə məşğul olur. Maşının əsas hissələrindən birini alim
“Anbar”adlandırır. Anbar hesablamalar aparan zaman alınmış aralıq nəticəni
yadda saxlamaq üçün istifadə edilirdi. İnformasiya “Anbar”da dişli çarxların və
valın (milin) fırlanması ilə düzəldilmiş mexaniki qurğularda saxlanılırdı. “Anbar”
müasir kompüterlərdə istifadə edilən sərt diskin funksiyasını yerinə yetirməli idi.
Sərt disklər də noutbukun daxilində yerləşir və şleyf adlanan naqillər
toplusunun köməkliyilə ana lövhə ilə əlaqə saxlayırlar. Sərt disklərin ana lövhəyə
qoşulması üçün istifadə edilən yuvalar müxtəlif olur. Yaxın keçmişə kimi IDE
standartından istifadə edilirdi. İndiki zamanda əksər sərt disklər SATA yuvaları
vasitəsi ilə ana lövhəyə qoşulur.
Noutbuklar üçün istehsal olunan sərt disklər masaüstü kompüterlərin sərt
diskləri ilə müqayisədə kiçik ölçüyə malikdir. Amma nəzərə almaq lazımdır ki,
ölçülərinin kiçik olmasına baxmayaraq onlar da tutarlı səviyyədə informasiya
saxlamaqda kompüterdə istifadə edilən sərt disklərdən heç də geri qalmırlar.
İ N F O R M A T İ K A
____________________________________________________________
124
Sərt disk
Sərt disklərin tutumu da baytlar ilə (Kilobaytlar, Meqabaytlar, Qiqabaytlar,
Terabaytlar və s.) ölçülür. Vinçesterlər yaddaşında operativ yaddaş ilə
müqayisədə dəfələrlə çox informasiya saxlayırlar. Çünki, operativ yaddaşda
prosessorun istifadə etdiyi informasiya saxlanıldığı halda, sərt diskdə
kompüterdən istifadə olunan zaman bütün informasiyalar saxlanılır. Belə
informasiyalara proqramları, oyunları, elektron kitabları, musiqiləri, filmləri və
nəhayət işgüzar sənədlərlə əlaqəli faylları göstərmək olar.
QEYD
: 1973-cü ildə IBM firması yeni texnologiya ilə 16 Kbayt
informasiyanı saxlayan ilk sərt diski istehsala buraxır. Disk hər biri 30 sektora
bölünən 30 silindrdən ibarət olduğundan, onun şərti işarəsi 30/30 kimi qəbul
edilir. Bu işarə 30/30 kalibrinə malik, alman istehsalı olan Vinçester tipli məşhur
avtomatik tüfəngə anoloji olduğu üçün ona “
Vinçerter
” adı da verilir. O vaxtdan
bəri sərt disklərin konfiqurasiyası xeyli dəyişmiş, tutumu, etibarlılığı və işləmə
sürəti kəskin artmışdır. Lakin fərdi kompüterlərdə sərt diskin əvvəlki adı indi də
istifadə edilməkdədir.
İlk sərt disklərin seriya şəkilində istehsalı 1979-cu ildə Seagate firması
tərəfindən həyata keçirilmişdir. Beş düymlü ST-506 diskinin tutumu 6 Mbayta
bərabər idi. 1979-cu ildə istehsal olunan sərt disk belə disklərin istehsalının
təməlini qoydu. Müasir vinçester yığıcıları bir ox üzərində quraşdırılmış maqnit
disklər paketindən ibarətdir. Diskin hazırlanması üçün alüminium lövhədən, şüşə
və keramikadan və onun üzərinə xüsusi texnologiya ilə yapışdırılmış
(oturdulmuş) yüksək keyfiyyətli ferromaqnit qatdan istifadə olunur. Diskin
üzərinə qat yapışdırılandan sonra onu firmada xüsusi texnologiya ilə emal
edirlər. Emal olunmuş diskləri bir paketə yığıb otürücüyə quraşdırılmış oxa
bərkidirlər (adətən bir paketdə 2-dən 12-yə qədər disk olur).
|