İ N F O R M A T İ K A ____________________________________________________________
118
imkanlarını, ölçü və çəkisini müəyyən edir. Bu baxımdan da platformanın tipinə
görə noutbukları texniki təsnif etdikdə belə yanaşma obyektiv sayıla bilər.
Platformanın tipinə görə mobil kompüterləri aşağıdakı kimi kateqoriyaya ayırırlar:
AMD Athlon 64DTR, Intel Mobile Pentium 4;
Intel Pentium M;
AMD Athlon XP-M, Mobile Sempron;
Intel Celeron M, Mobile Celeron;
VIA C3 Antaur, Transmeta Efficion;
Intel XScale, TI OMAP, Samsung S3C və s.
Noutbukda istifadə olunan mərkəzi prosessor onun sadalanan
platformasindan başqa “istilik paketi” adlanan platformasini da xarakterizə edir.
Parametr noutbukun daxilində yerləşən digər təşkiledicilərə prosessordan ayrılan
istiliyin maksimal bölgüsünü müəyyənləşdirir.
Öndə verilmiş parametrlər istifadəçinin mobil kompüterə sahib olmasında
onun seçim etməsinə yardımçıdır.
Dərslikdə noutbuklar haqqında tutarlı səviyyədə məlumat veriləcək (bəzən
belə kompüterləri “qeyd dəftərçəsi” də adlandırırlar). Noutbuklar kifayət qədər
çoxdan yaradılmışdır, amma onların müxtəlif sahələrə geniş tətbiqi 2003-cü ildən
başlamışdır. Noutbukların belə geniş yayılmasının sirri onların masaüstü
kompüterlərdən lazımı səviyyədə fərqlənmələridir. Onlar istifadə üçün əlverişli
olmaqla yanaşı az yer tutur, gəzdirilməsi asandır və onları istənilən yerə asasnlırla
aparmaq mümkündür. Noutbukların avtonom qidalanması onlardan istifadəni
həddindən artıq sadələşdirir (qidalanma onun daxilində quraşdırırlmış xüsusi
hazırlanmış akkumulyatorın hesabına həyata keçir).
Masaüstü kompüterlər ilə yanaşı IBM PC ilə uzlaşan noutbuklardan da
istifadə olunur, bəzən də başqa arxitekturaya malik noutbuklarda istehsal olunur.
Noutbuklar, həmçinin digər fərdi kompüterlər bir-biri ilə naqillərin köməyi ilə
birləşən müxtəlif sxemlər əsasında yığılan qurğulardan ibarət olur. Bu baxımdan
da istehsal olunan bütün kompüterlərin bir-biri ilə uzlaşmasını təşkil etmək üçün
istehsalçı firmalar həmin sxemləri standart şəkildə istehsal etməyə çalışır və
standarta uyğun da istehsal edirlər. Hesablama texnikasında standart hazırlanmış
qurğuları