İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə96/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   92   93   94   95   96   97   98   99   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 115 
Texniki xarakteristikalarına və inkişaf ənənələrinə görə prosessorları səkkiz 
nəslə ayırırlar (artıq yeni nəsil prosessorlar haqqında bəzi texniki ədəbiyyatlarda 
məlumatlar verilir). 
CPU mikrosxeminin (çiplərin) inteqrasiya dərəcəsi onun daxilində nə qədər 
tranzistorun yerləşdiyini göstərir. Məsələn, birinci nəsil çiplərin (8086/8088) 
daxilində 0,029 milyon tranzistor yerləşdirilirdisə, müasir prosessorlarda 200 
milyondan çox tranzistor yerləşdirilir. Mütəxəssislərin fikrincə gələcəkdə (məsələn, 
2015-2018 -ci illərdə) yeni texnologiyaların bu sahəyə tətbiqi prosessorların 
daxilində bir neçə milyarddan çox tranzistor yerləşdirməyə imkan verəcək. Emal 
olunacaq verilənlərin mərtəbəliyi prosessorun eyni zamanda (16, 32 və ya 64) 
neçə bit informasiya sayını təhlil (emal) edə biləcəyini göstərir. 
Fərdi kompüterin takt tezliyi müxtəlif komponentlərin işləməsini 
sinxronlaşdıran takt generatorunun (System Clock) işləmə tezliyini əks etdirir. 
Takt generatorunun tezliyi meqaherslərlə ölçülür. 
Qeyd etmək lazımdır ki, ilk fərdi kompüterlər 8 MHz tezliklə işləyən bir takt 
generatoruna malik idi və generator prosessorun, yaddaşın, giriş/çıxış şininin 
işləməsini sinxronlaşdırırdı. Müasir fərdi kompüterlər bir neçə takt generatoruna 
malikdir və generator adları öndə çəkilən elementlərin işləməsini müxtəlif tezlikdə 
sinxronlaşdırır. Fərdi kompüter sisteminin tezliyi sistem şininin tezliyi ilə müəyyən 
edilir. Bütün sistemin məhsuldarlığı ümumilikdə sistem şininin takt tezliyindən 
birbaşa asılıdır. 
CPU-nun ünvanlana bildiyi yaddaş tutumu fərdi kompüterin operativ 
yaddaşının tutumu ilə müəyyən olunur, yəni RAM-a yerləşən verilənlərin sayı nə 
qədər olmalıdır ki, CPU onları emal edə bilsin. Məsələn, birinci nəsil fərdi 
kompüterlərdə istifadə olunan yaddaşın tutumu 1 Mb-yə bərabər olduğu halda
altıncı və yeddinci nəsil prosessorlarda bu kəmiyyət 64 Gb-yə bərabərdir və s.



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin