İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə93/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   89   90   91   92   93   94   95   96   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
112 
Prosessor platasında kartric ilə örtülmüş 40 kontaktlı yuva yerləşir və 
plataya qoşulmuş xüsusi qurğu vasitəsi ilə parametrləri dəyişmək mümkündür. 
Kartric iki hissədən, prosessorun kristalı və mikrosxemin keş-yaddaşı ilə (əgər 
prosessorun xarici keş yaddaşı varsa) kontakt yaradan və istilikötürmə 
qabiliyyətinə malik metal plastinkadan, həmçinin prosessorun platasını örtməklə 
platanın üzərindəki texniki elementləri zədədən qorumaq üçün istifadə olunan 
plastik örtükdən ibarətdir.
 
Mikroprosesorun hazırlanmasında 0,25 mkm texnologiyasına riayət 
olunmuşdur və onun bir kristalı daxilində 22 milyon tranzistor yerləşir. 
Mikroprosessor istifadəçilərinin əsas ümidi Almaniyanın Drezden şəhərində 
yerləşən, AMD Athlon prosessorları istehsal edəcək fabrikadır. Athlon modelinin 
takt tezliyi 600, 550 və 500 Mhers təşkil edir və x86 ailəsi ilə tam uzlaşa bilir. 
Mikrosxem superskalyar axınlı mikroarxitekturaya əsaslanır. Mikrosxemin 
daxilində tam ədədlər və sürüşən vergüllü ədədlər bloku, ünvanın hesablanma 
qurğusu paralel olaraq işləyir. Sürüşən nöqtəli ədədlər üzərində hesablama 
aparan blok üç konveyerdən istifadə etməklə yanaşı superskalyar arxitekturanı 
dəstəkləyir. Bununla yanaşı prosssorun daxilinə quraşdırılmış birinci səviyyəli keş-
yaddaş 128 Kbayt tutumuna malikdir (bu Pentium III prosessorundakı keş-
yaddaşın tutumundan 4 dəfə böyükdür). Mikroprosessorun daxilində quraşdırılmış 
ikinci səviyyəli keş-yaddaşın tutumu isə 512 Kbaytdan 8 Mbayt arasında dəyişir. 
Əldə edilmiş məlumata görə dünyanın 9 aparıcı istehsalçısı mikroprosessor 
üzərində qurulmuş yeni kompüter haqqında informasiyanı geniş şəkildə dünya 
ictimayyətinə yaymaqla məşğuldur. 
“Microprosessor Report” jurnalının sayılan redaktorlarından birinin yazdığı 
məlumata görə Athlon kristalını cəsarətlə yeddinci nəsil mikroprosessorlar nəslinə 
aid etmək olar. Redaktorun fikirincə bu mikroprosessorun arxitekturası ilə bağlı 
deyil, çünki sadə hesablamalara görə x86 mikroprosessor ailəsinin məhsuldarlığı 
nəsildən nəslə təxminən 1,7-dən 2,0 dəfəyə qədər artmışdır. 
AMD firmasının istehsalı olan Athlon mikroprosessoru prosessorların satış 
bazarında Pentium III mikroprosessorunun əsas rəqibi sayılır. Prosessorlar 
üzərində aparılmış testdən aydın görünür ki, Athlon mikroprosessoru Pentium III 
prosessorundan əksər parametrlərinə görə 5÷10% üstündür. MicroDesign 
Resources ekspetrlər qrupunun gəldiyi nəticə belədir: Athlon mikroprosessoru 
Pentium III prosessorundan parametrlərinə görə fərqlənsə də onun kimi sürətlə 
işləmək imkanına malikdir. Bununda nəticəsidir ki, fərdi kompüter istehsalçıları 
Athlon mikroprosessoruna üstünlük verirlər. 
Yeni prosessorların sistem şininin maksimal takt tezliyi hələlik 200 Mhers 
təşkil edir (takt tezliyinin 400 Mhers qiymətinə çatdırılması nəzərdə tutulmuşdur). 
Pentium III prosessorlarından fərqli olaraq sistemə ayrıça girişi olan üç Athlon 
mikroprosessorunun eyni zamanda qoşulması mümkündür. 
Serverlərin sistem lövhələrində Athlon prosessorlarının qoşulması üçün 
interfeys Slotları nəzərə alınmışdır. Athlon prosessorları üçün sistem lövhələrini 
mikroprosessor texnologiyasında aparıcı firmalardan sayılan Gigabyte, MSI, 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin