İ N F O R M A T İ K A ____________________________________________________________ 111
adapterlərinin,
həmçinin
kompüter
sisteminin
digər
elementlərinin
yerləşdirilməsinə imkan artır.
MİKROPROSESSOR NƏSİLLƏRİ Ümumiyyətlə, fərdi kompüterlərin nəsillərə bölünməsi onlarda istifadə
edilən mikroprosessorların nəsillərindən birbaşa asılıdır. I÷IV nəsil prosessorlar
istehsaldan tamamilə çıxarıldığı üçün onlar haqqında məlumata ehtiyac yoxdur.
Hal-hazırda fərdi kompüterlərdə, həmçinin onlarla paralel istehsal olunan
nootbuklarda 7-ci və 8-ci nəsil mikroprosessorlardan geniş istifadə edilir.
QEYD : Mikroprosessorları və mikroprosessorlar toplumunu nəinki fərdi
kompüterlərin, həmçinin hesablama sistemlərinin əsası saymaq olar. Intel
firmasının yaradıcısı Qordon Mur mikroelektronikanın nailiyyətlərini təhlil edən
zaman müşahidə edir ki, bir çipin daxilində yerləşən tranzistorların yığılma sıxlığı
hər 18 aydan bir ikiqat artır. Buna uyğun olaraq həmin müddətdə
mikroprosessorunda tezliyi də ikiqat artır. Firmanın 1971-ci ildə istehsal etdiyi ilk
mikroprosessor 750 000 əməliyyatı bir saniyə ərzində yerinə yetirirdi. Sonrakı
ərəfədə istehsal olunan Intel i286 mikroprosessoru isə bir saniyə ərzində 2,6
milyon əməliyyatı həyata keçirə bilirdi. Aparılmış hesablamalar göstərir ki, 14 il
ərzində firmada istehsal olunan mikroprosessorların tezliyi 500 dəfə artmışdır.
Məsələn, 2002–ci ildə istehsal olunan Pentium IV mikroprosessorunun
məhsuldarlığı saniyədə 1 milyard əməliyyat/saniyə olduğu halda, 2003-cü ildə
istehsal olunan mikroprosessorun məhsuldarlığı artıq 3 milyard əməliyyat/saniyə
idi və s. Bu göstərici günü-gündən artmaqdadır.
7-Cİ NƏSİL MİKROPROSESSORLAR Yeddinci nəsil mikroprosessorların ən görkəmli nümayəndəsi AMD Athlon
(Thunderbird) mikroprosessorları ailəsidir (AMD Athlon XP, AMD Athlon MP,
Mobile AMD Athlon). Prosessor x86 mikroarxitekturasını dəstəkləyir, fərdi
kompüterlərdə istifadə edilən ən güclü prosessorlardan biri sayılır və onların
nüvəsi kimi hazırlanır. Belə prosessorların xüsusi texnologiya ilə hazırlanması
yüksək səviyyəli fərdi kompüterlərdə, işçi stansiyalarda və serverlərdə istifadə
olunan proqram təminatına qoyulan tələblərin, həmçinin mikroprosessorların
günü-gündən artan gücünə qoyulan tələbin yerinə yetirilməsi baxımından həyata
keçirilmişdir.
Bu tip mikroprosessorlar məhsuldar və etibarlı olması yanaşı yüksək ötürmə
mərtəbəsinə, məlumat mübadiləsinin həcminin artmasına və s üstünlüklərə də
malikdir. Masaüstü kompüterlər üçün AMD Athlon prosessorları iki korpusda
hazırlanır.