İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə104/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   100   101   102   103   104   105   106   107   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 129 
ZOTAC şirkətinin istehsalı olan qrafik adapter 
Əgər istifadəçi noutbukunda müxtəlif oyunlarla məşğul olmaq istəyirsə
onda noutbukda qrafik adapterin olmasına (məsələn, Direct X 9.0c) mütləq diqqət 
yetirməlidir. Çalışmaq lazımdır ki, noutbukda qrafik yaddaşın tutumu mümkün 
qədər çox olsun (yaddaşın tutumu nə qədər çox olarsa, bu bir o qədər yaxşıdır).
Bəzən istifadəçi əldə etdiyi noutbukda filmlərə baxış keçirir və ya offis ilə 
bağlı məsələləri həll edir. Belə olan halda qrafik adapterin olması prinsipcə o 
qədər də vacib deyil. 
SƏS ADAPTERİ 
İstənilən bir təsvirə (məsələn, filmə, musiqiyə, müxtəlif xarakterli oyunlara 
və s.) ekranda tamaşa edərkən sözsuz ki, onun səs ilə müşahidə olunması vacib 
məsələlərdən biridir, çünki nəticədə istifadəçi gözəl effekt əldə etmiş olur. Bütün 
bunlar ana karta inteqrasiya edilmiş mikrosxem dəsti vasitəsi ilə - səs adapteri ilə 
həyata keçirilir.
Səs fərdi kompüterə və ya noutbuka quraşdırılmış dinamiklərin köməkliyi ilə 
səslənir. Bəzi hallarda istifadəçi xarici kolonkalardan və ya qulaqlıqlardan da 
istifadə edə bilir. Bu elementləri fərdi kompüterə onun ön və ya yan tərəfində 
quraşdırılmış yuvaların (portların) köməyi ilə qoşurlar.


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
130 
Səs adapterlərini onların istehsal etdikləri səsin keyfiyyətinə görə 
fərqləndirirlər. 
Əgər istifadəçinin noutbuku və ya fərdi kompüteri səs adapteri və 
kolonkalar ilə təhciz olunmuşsa, onda onu multimediyalı qurğu hesab etmək 
düzgündür.
Multimedia dedikdə insanın müxtəlif hiss üzvlərinə eyni zamanda təsir 
göstərə bilən avadanlıq başa düşülür. Adətən video – və audioinformasiya 
multimedia hesab olunur. 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin