İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə112/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   108   109   110   111   112   113   114   115   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 143 
verilənlərin və ya proqramların etibarlı saxlanmasıdır. Bu baxımdan da strimerlər 
adətən sənayedə, nəşriyyatlarda, banklarda, elm sahələrində və s. yerlərdə arxiv 
materiallarının uzun müddət ehtiyatda saxlanması üçün istifadə olunur. 
Müxtəlif firmalar, məsələn, Everex, Archive Mountain Computer, Sony, 
Colorado Memory Systems və s. strimer istehsalı ilə məşğuldur. İstehsal olunan 
strimerlər adətən kontroller platası və drayver ilə birgə istehsal olunur. 
Strimerlərin çatışmazlığı qiymətlərinin baha olması və informasiyanın 
axtarılmasına vaxtın çox sərf edilməsidir. Strimerlərin üstünlükləri böyük tutuma 
malik olması, stabil və etibarlı işləməsi, iş prosesində az enerji tələb etməsidir. 
Strimerlər 
WI-FI ADAPTERİ 
Son zamanlar hesablama şəbəkələrində Wi-Fi (Wireless Fidelity) geniş tətbiq 
tapmışdır. Bu istifadəçinin digər kompüterə və ya bir neçə kompüter şəbəkəsinə 
(həmçinin İnternetə çıxışı) naqildən istifadə etmədən, radiokanal vasitəsilə 
qoşulma imkanın əldə edilməsi ilə bağlıdır.
İstifadəçinin Wi-Fi adapterindən istifadə etməklə şəbəkəyə qoşulması 
(pulsuz) adətən vağzallarda, aeroportlarda, mehmanxanalarda və s. ictimai 
yerlərdə onun üçün çox əlverişlidir. 
Wi-Fi adapteri 
 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
144 
VEB-KAMERA 
Veb-kamera video təsvirlərin sadələşdirilərək İnternetə ötürülmsi üçün 
istifadə edilir. Əksər hallarda qurğudan videokonfransların həyata keçirilməsində 
və ya kompüterlər arasında informasiya mübadiləsinin videotelefonla yerinə 
yetirilməsində istifadə olunur. Hal-hazırda aparıcı firmalar tərəfindən istehsal 
olunan noutbuklarda Veb-kamera manitorun yuxarı hissəsində “şüşə göz” 
formasinda quraşdırılır. Bəzi hallarda isə noutbuka Veb-kameralar quraşdırılmır. 
Bu zaman istifadəçi noutbuka xarici Veb-kamera quraşdıra bilər. Bu tip Veb-
kameraların noutbuka birləşdirilməsi üçün xüsusi hazırlanmış bərkidiciləri olur.
Müxtəlif firmalar tərəfindən istehsal olunan Veb-kameralar
Veb-kameraları aşağıdakı parametrlərinə görə bir-birindən fərqləndirirlər. 
Bunlara: 

kameranın təsviri buraxma qabiliyyəti

kadrların tezliyi; 

obyektivin keyfiyyəti daxildir. 
Kameranın təsviri buraxma qabiliyyətindən təsvirin müfəssəlliyi və aydınlığı 
bir-başa asılıdır. Parametrin qiyməti artdıqca, təsvirin reallığı da artır. Parametrin 
qiymətinin aşağı sərhədlərində kameranın köməyi ilə çəkilən təsvir monitorda əks 
olunan zaman müəyyən keçikmələrə və titrəyişlərə məruz qalacaqdır. 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin