İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR


NOUTBUKU ŞƏBƏKƏYƏ NECƏ QOŞMALI?



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə114/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   110   111   112   113   114   115   116   117   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

NOUTBUKU ŞƏBƏKƏYƏ NECƏ QOŞMALI? 
Noutbuku elektrik mənbəyinə qoşmaq üçün onun gövdəsi üzərindəki 
[Power] düyməsini (və ya işarəsi olan düyməni) bir dəfə sıxmaq kifayətdir. 
Noutbuku söndürərkən bu düymələrdən istifadə etmək məsləhət deyil, çünki 
müasir əməliyyat sistemləri istifadəçinin onlarla işi tamamladıqdan sonra 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 147 
noutbukun södürülməsini həyata keçirməyi tələb edirlər. Belə olan halda istifadəçi 
işini tamamladıqdan sonra müəyyən ardıcıllıqla noutbuku elektrik mənbəyindən 
ayırmalıdır.
QEYD
: Noutbuku məcburi mənbəədən ayırmaq tələb olunarsa, [Power] 
düyməsini sıxilmiş vəziyyətdə bir müddət saxlamaq lazımdır. Bəzi noutbukların 
üzərində indikator quraşdırılır. İndikatorun yanması müəyyən informasiyanın sərt 
diskdən oxunduğunu göstərir. 
 
NOUTBUKDAN İSTİFADƏ ZAMANI TƏHLÜKƏSİZLİK 
TEXNİKASINA ƏMƏL OLUNMASI 
İstifadəçi şəxsi noutbukla işləyərkən aşağıdakılara əməl etməklə həm özünü, 
həm də ki, ona məxsus olan noutbuku zədələnmədən qoruya bilər. 
1.Noutbuku yumşaq səth üzərinə qoyaraq istifadə etmək məsləhət deyil. 
Çünki yumşaq səth noutbukun kövdəsində onun soyudulması üçün nəzərdə 
tutulmuş deşikləri tutar və noutbuk işlədiyi müddət ərzində qızar. 
2.Noutbuku zədələrdən və titrəmələrdən kənar olan yerlərdə istifadə etmək 
lazımdır. 
3.Ekranı elə şəkildə yerləşdirmək lazımdır ki, günəş şüaları onun üzərinə bir-
başa düşməsin. 
4.Noutbukun klaviaturası üzərinə mayenin və ya çörək qırıntılarının 
düşməsinə imkan verilməməlidir. Maye və ya çörək qırıntıları klaviaturanın 
içərisinə daxil olub qısa qapanma yaradar, nəticədə mikrosxem işdən çıxa bilər. 
Bəzi firmalar müdafiə oluna bilən klaviaturalar istehsal edirlər. Amma belə 
noutbutlar çox baha qiymətə satılır. 
5.İstifadəçi noutbuku işə qoşan zaman istifadə olunan naqillərin etibarlı 
izolyasiya olunduğuna əmin olmalıdır. 
6.İstifadəçinin 4 saatdan artıq noutbukdan istifadəsi məsləhət deyil. Bu 
gözün yorulmasına səbəb olur. Ümumiyyətlə, istifadəçinin ümumi halda 6 saatdan 
artıq noutbukdan istifadəsi qədağandır. 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin