İ N F O R M A T İ K A
____________________________________________________________ 159
Cavab: 3627
10
=E2B
16
10-luq say sistemindəki düzgün kəsrləri 2-lik
say sisteminə keçirmək üçün
ardıcıl
vurmadan istifadə edilir, yəni 10-luqdakı düzgün kəsr ardıcıl olaraq 2-yə
vurulur, aşan mərtəbələr (tam hissələr) sıra ilə düzülür.
Ədədlərin 2-lik say sistemindən 8-lik və 16-lıq say sistemlərinə və ya əksinə
çevrilməsi sadə qaydalarla aparılır, çünki 8-lik və 16-lıq say sistemlərinin əsasları
2-lik say sisteminin əsasının uyğun olaraq 3-cü və 4-cü dərəcəsi ilə təyin olunur,
yəni 8=2
3
və 16=2
4
.
Bu o deməkdir ki, 16-lıq say sistemindəki ədədi 2-lik say
sisteminə çevirmək üçün 16-lıq ədədin hər bir rəqəmini dördrəqəmli 2-lik kodla
əvəz etmək kifayətdir.
İkilik say sistemindən 8-liyə və 16-lığa, eləcə də əksinə keçmək olar. Burada
səkkizlik say sistemi rəqəmlərinin hər biri üç ikilik rəqəmlə ifadə olunur. Bu
aşağıdakı cədvəldə əks olunmuşdur.
“0” - 000
“2” - 010
“4” – 100
“6” - 110
“1” - 001
“3” - 011
“5” - 101
“7” - 111
Onaltılıq say sistemlərində rəqəmlərinin hər biri
dörd ikilik rəqəm ilə ifadə
olunur. Bu aşağıdakı cədvəldə əks olunmuşdur.
0 - 0000
4 - 0100
8 - 1000
C - 1100
1 - 0001
5 - 0101
9 - 1001
D - 1101
2 - 0010
6 - 0110
A - 1010
E - 1110
3 - 0011
7 - 0111
B - 1011
F - 1111
Tutaq ki, ikilikdə təsvir edilmiş tam ədədi çevirmək lazımdır.
Bunun üçün
həmin ədədi sağdan başlayaraq üç-üç qruplaşdırırıq.
Sonra ədədin önündə
qrupun çatışmayan rəqəmlərinin yerinə “0” yazırıq. Daha sonra isə hər bir qrupda
alınmış ikilik ədədi 8-likdə təsvir edirik.
Öndə yazılanları misalla izah edək.
Məsələn
,
010 110 110 111 011
←
ikilik ədəd
010 110 110 111 011
←
səkkizlik ədəd
2 6 6 7 3
11
3616
3627
2
224
226
16
16
14