Misal 2. 99 ədədini rum say sistemində göstərək:
99 = (-10 + 100) + (-1 + 10) = XCIX
Misal 3. 2002 ədədini isə romalılar belə təsvir edirdilər:
2002 = 1000 + 1000 + 1 + 1 = MMII
İndi isə bizə yaxşı tanış olan onluq say sisteminə (mövqeli say sisteminə)
müraciət edək (mövqeli say sistemləri ədədlərin təsvirindəki əyaniliyə və hesab
əməllərinin aparılmasında sadəliyə görə böyük üstünlüklərə malikdir). İki ədəd
götürək: 40 və 14. Bu ədədlərin hər ikisində 4 rəqəmi var. Lakin bu rəqəmlərin
qiymətləri fərqlidir. Birinci ədədin 4 rəqəmi qırx ədədinə, ikincidə isə dördə
İ N F O R M A T İ K A
____________________________________________________________ 153
bərabərdir. Bunun səbəbi verilmiş ədədlərdə 4-ün müxtəlif mövqelərdə (soldan
sağa uyğun olaraq 1-ci və 2-ci) yazılmasıdır.
Bu tip say sistemləri mövqeli sistemlər adlanır. Mövqeli say sistemində
rəqəm ədədin tərkibində durduğu yerdən asılı olaraq müəyyən qiymətə malik
olur.
QEYD
: Mövqeli say sistemi bizim eradan əvvəl təxminən 40 əsr qabaq
qədim Babilistanda mövqeyə görə nömrələmə əsasında yaranmışdır, yəni eyni bir
rəqəmin tutduğu yerdən asılı olaraq həmin rəqəm müxtəlif ədədləri ifadə etmək
qabiliyyətinə malikdir. Qədim Babilistanda onluq say sistemində 10 ədədinin
oynadığı rolu mövqeyə görə nömrələmədə 60 ədədi oynayırdı, ona görə də bu
nömrələməni 60-lıq nömrələmə adlandırırdılar. Altımışlıq nömrələmədən müasir
dövrdə vaxt hesablamalarında istifadə edilir. Məsələn, 60 saat, 60 dəqidə və s.
Mövqeyə görə say sisteminin təkmilləşdirilməsi və sonrakı inkişafı hindlilərə
məxsusdur. Say sistemi hindlilərdə təxminən 150 il əvvə meydana gəlmişdir. Ərəb
imperiyası Hindistanı işğal etdikdən sonra say sistemini Ərəbstana gətirmiş,
oradan da Avropa ölkələrinə yaymışdır. Avropa böyük səhvə yol vermiş və
hindlilərə məxsus olan say sistemini “ərəb rəqəmləri” adı altında işlətmişlər. Bizim
tərəflərdə isə say sistemi XVII əsrdən başlayarq istifadə olunmuşdur. Buna
baxmayaraq bizdə onluq say sistemi ilə yanaşı uzun illər Rum rəqəmlərindən də
istifadə edilmişdir (indinin özündə də istifadə olunur).
Hind pozission sistemində (latınca positio – mövqe, yer, vəziyyət anlamını
verir) hər bir natural ədəd on rəqəmin vasitəsi ilə ifadə olunduğu halda, öndə
qeyd edildiyi kimi qədim Babilistanda 60 rəqəmi vasitəsi ilə ifadə edilirdi. Belə
yanaşmanın nəticəsidir ki, hesablama sistemlərində onluq say sisteminə üstünlük
verilir.
Dövrünün sayılan alimlərindən olan Con Vallis
(
John Wallis (1616-1703 – ingilis
riyaziyyatçısı, riyazi analizin yaradıcılarından biri) yazdığı “Universal arifmetika”
əsərində ilk dəfə olaraq müxtəlif say sistemlərini araşdırmış və ədədlərin üçlük,
dördlük və s. mövqeli sistemlərdə göstərilmə-sinə baxmışdır. Alim onluq say
sisteminin digər say sistemlərindən üstünlüyünü də əsaslandırmışdır. Alimin
məşhur
formulundan indiki zamanda da riyaziyyat elmində geniş istifadə edilir.
|