İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə116/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   112   113   114   115   116   117   118   119   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 149 
Flash qurğusunu noutbuka qoşduqda, əməliyyat sistemi Flash-in qoşulması 
barədə istifadəçiyə məlumat verir və istifadəçi yerinə yetirdiyi əməliyyatdan asılı 
olmayaraq qurğunun işinə də rəhbərlik edə bilir.
Flash yaddaşın noutbukdan ayrılması da çox sadədir. 
NOUTBUK MODELİNİN SEÇİLMƏSİ 
Noutbuku seçərkən aşağıdakı kriteriyalara riayət etmək məsləhətdir. 
1.Qiyməti müəyyən dərəcədə ucuz olan noutbuku almaq məsləhətdir. 
2.Çalışmaq lazımdır ki, noutbuk Windows-un sonuncu versiyasını 
dəstəkləsin. 
3.Qurğunun kompüter bazarında sayılan firmalar tərəfindən istehsal 
olunduğuna diqqət yetirmək lazımdır. 
4.İşləmə sürətinin, yaddaş tutumunun tutarlı səviyyədə olması nəzərə 
alınmalıdır. 
5.Noutbukun “beyni” sayılan mikroprosessorun çoxnüvəli olması mütləqdir 
(Intel Celeron M-dən başlayaraq ikinüvəli Core 2 Duo mikroprosessoruna kimi və 
s.). 
6.İstifadə edilən ekranın (monitorun) ölçüsü 15” civarinda olmalıdır. 
7.Noutbukun çəkisinin 1,5 –dən 3,0 kiloqrama kimi olması məsləhətdir. 
8.Güclü prosessorlardan istifadə olunan noutbuklardan bəhrələnmək 
düzgündür. 
9.Estetik tərtib olunmuş noutbukları almaq məsləhətdir. 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
150 
 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 151 
 
F Ə S İ L VII. SAY SİSTEMLƏRİ 
 
 
 
SAY SİSTEMLƏRİ VƏ ƏDƏDLƏRİN TƏSVİR FORMALARI 
 
Keçmiş dövrlərdən ədədləri işarə etmək və onlar üzərində əməliyyatlar 
aparmaq üçün müxtəlif üsul və vasitələrdən istifadə olunmuşdur. Say, miqdar 
bildirmək və təsvir etmək üçün istifadə olunan işarələr və üsullar toplusu say 
sistemi əmələ gətirir. Say (hesablama) sistemi ədədlərin rəqəmlər adlanan 
məhdud simvollar əlifbası vasitəsi ilə ifadə olunması üsuludur. Say sistemi 
kodlaşdırılmanın bir üsuludur. Müəyyən əlifba vasitəsi ilə müəyyən üsullarla 
yazılan sözə kod, kodun alınma prosesinə isə kodlaşdırma deyilir. 
Əsasən iki cür, mövqeli və mövqesiz say sistemindən istifadə edilir. 
Mövqesiz say sistemlərində hər bir ədəd simvolların (rəqəmlərin) müəyyən 
yığımı ilə ifadə olunur. Burada ədədi təşkil edən rəqəmlərin qiymətləri onların 
tutduğu yerdən (mövqedən) asılı olmur və hesab əməlləri mürəkkəb qaydalarla 
aparılır. Bu say sistemlərinə 2 500 min il bundan əvvəl Qədim Romada istifadə 
olunan Rum say sistemini, Əlifba say sistemlərini misal göstərmək olar. 
Mövqesiz say sistemində rəqəmin qiyməti onun qrafik təsviri ilə müəyyən 
edilir və onun mövqeyindən (və ya durduğu yerdən) asılı deyil. 
Rum say sisteminin əsasında 1 (bir barmaq) – 1 ədədi üçün, V (açılmış 
ovuc) – 5 ədədi üçün, X (iki açılmış ovuc) – 10 ədədi üçün istifadə edilmişdir. 
100, 500 və 1000 ədədlərini təsvir etmək üçün isə uyğun olaraq latın dilində 
onların adlarının (Centum – yüz, Demimille – beş yüz, Mille – min) baş 
hərflərindən istifadə edilmişdir. 
Məsələn: 
I=1, V=5, X=10, L=50, C=100, D=500, M=1000. 
Romalılar ədədi təsvir etmək üçün onu minliklərin, yüzlüklərin, onluqların, 
təkliklərin cəmi şəklində yazırdılar. 
Məsələn, 28 ədədi bu şəkildə təsvir olunurdu: 
XXVIII = 10 + 10 +5 + 1 + 1 + 1 
Aralıq ədədləri təsvir etmək üçün romalılar yalnız toplamadan deyil
həmçinin fərqdən də istifadə etməyə başladılar. Belə bir qayda tətbiq olunurdu: 
böyük işarədən sağda yerləşən hər bir kiçik işarə onun qiymətinin üzərinə 
gəlinirdi, böyük işarədən solda yerləşən hər bir kiçik işarə isə həmin ədəddən 
çıxılırdı. 
Məsələn, IX – doqquzu, XI – on biri ifadə edirdi. 
Beləliklə, Rum ədədlərini belə ardıcıllıqla yazmaq olar: 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin