İ N F O R M A T İ K A
____________________________________________________________
152
I (1), II (2), III (3), IV (4), V (5), VI (6), VII (7), VIII (8), IX (9), X (10),
XX (20), XXX (30), XL (40), L (50), LX (60), LXX (70), LXXX (80), XC (90),
C (100), CL (150) və s.
Mövqesiz say sisteminə digər bir nümunə.
Məsələn XV və XVI ədədlərində V simvolu müvafiq olaraq sağdan birinci və
ikinci yerdə durur. Lakin hər iki ədəddə V-in qiyməti 5-ə bərabərdir. Eləcə X
simvolu sağdan həm ikinci, həm də üçüncü yerdə, yəni bir ədədi – 10 ədədini
ifadə edir. Başqa sözlə
mövqesiz
say sistemlərində təkliklər, onluqlar və s. kimi
mərtəbə anlayışları yoxdur.
Rum say sistemindən uzun müddət istifadə edilmişdir. Hələ 200 il bundan
öncə iş vərəqlərində ədədlər rum rəqəmləri ilə yazılmalı idi (o zaman ədədlərdən
istifadə edənlər belə düşünürdü ki, adi ərəb rəqəmlərini istənilən şəxs
saxtalaşdıra bilər).
Hal-hazırda rum say sistemindən əsasən nəşr edilmiş kitablarda məşhur
tarixlərin, kitab cildlərinin, fəsillərin, baçlıqların və s. göstəriməsində istifadə
olunur. Qeyd etmək lazımdır ki, indiki zamanda kompüter texnikasında belə say
sistemindən istifadə edilmir.
Texniki ədəbiyyatlarda nisbətən müasir mövqesiz say sistemlərindən hesab
olunan Əlifba say sistemlərində yunan, slavyan, fin və başqa say sistemlərindən
istifadə barədə məlumatlar verilir.
Qədim Yunan əlifba say sistemində 1, 2, ..., 9 ədədləri yunan əlifbasının ilk
doqquz hərfi ilə işarə olunurdu.
Məsələn: α=1, β=2, γ=3, δ=4, ε=5 və s. 10, 20, ..., 90 ədədlərini təsvir
etmək üçün isə növbəti doqquz hərfdən (ι=10, κ=20, λ=30, μ=40, ν=50, ξ=60
və s.), 100, 200, ..., 900 ədədlərini təsvir etmək üçün isə son doqquz hərfdən
(ρ=100, σ=200, τ=300, υ=400, φ=500 və s.) istifadə olunmuşdu.
Məsələn, 141 ədədi bu say sistemində ρμα kimi yazılırdı.
Mövqesiz say sisteminə aid bir neçə misal göstərək.
Misal 1. 1,444 ədədini rum say sistemində göstərək:
CDXLIV = (D - C) + (L – X) + (V – I) = 400 + 40 +4
Göründüyü kimi, onluq say sistemində verilmiş 444 ədədi üç eyni rəqəmdən
(4) ibarətdir, həmin ədədin rum say sistemindəki yazılışında isə müxtəlif rəqəmlər
iştirak edir.
Dostları ilə paylaş: |