İ N F O R M A T İ K A
____________________________________________________________ 163
Bu mərhələdə müəyyən sinif məsələlər üçün onların formalaşdırılması da
aparılır, yəni tədqiq edilən prosesin baxılan halda əlverişli olan formal dildə,
formatda riyazi modeli qurulur, ədədi hesablama üsulu seçilir və ya yaradılır. Bu
və ya digər həll üsulunun seçilməsi məsələlərin həllinə qoyulan tələblərdən
asılıdır.
Həll alqoritminin yaradılması
. Bu mərhələdə seçilən həll üsuluna uyğun
məsələnin həll alqoritmi tətbiq edilir. Məsələnin həlli ayrı-ayrı
müstəqil bloklara
bölünür və həmin blokların yerinə yetirilmə ardıcıllığı təyin edilir. Nəticədə
alqoritmin blok-sxemi qurulur.
Proqramlaşdırma dilinin seçilməsi və ilkin proqramın yaradılması
.
Hazırda proqramlaşdırma üçün müxtəlif dillər mövcuddur. Həll olunan məsələnin
xarakterinə, tətbiq olunan kompüter üçün mövcud olan translyatorlara,
proqramçının hazırlıq səviyyəsinə görə proqramlaşdırma dili seçilir.
Sonra isə
məsələnin həll alqoritmi əsasında seçilən dildə proqram yazılır. Ona ilkin modul da
deyilir.
İlkin proqramın maşın dilinə çevrilməsi və sazlanması
. Bildiyimiz
kimi, kompüter yalnız "öz" dilində ifadə olunan proqramı icra edir. Kompüterin
"öz" dili əvvəlcədən təyin edilmiş əmrlərdən ibarətdir. Kompüter dilində proqram
isə alqoritmə uyğun olaraq yazılmış əmrlər ardıcıllığıdır.
Bu mərhələdə
proqramlaşdırma dilində yazılmış ilkin proqram kompüter dilinə çevrilir. Bu
translyator (interpretator və ya kompilyator) adlanan proqram vasitəsilə yerinə
yetirilir. Alqoritmik dillərin translyatorları maşın proqramlarının alınması prosesini
avtomatlaşdırır.
İlkin proqramda buraxılmış morfoloji və sintaksis səhvlər aşkar edilib,
proqramçıya çatdırılır. Səhvlər aradan qaldırıldıqdan sonra tərcümə prosesi davam
etdirilir və kompüter dilində proqram alınır. Bu
proqrama mütləq və ya işçi
proqram deyilir.
Sonra işçi proqramın düzgün işləməsini yoxlamaq məqsədilə yoxlama
misalında o sınaqdan keçirilir. Proqramdakı məntiqi səhvlərin aşkarlanıb, aradan
qaldırılması prosesinə proqramın sazlanması deyilir.
Dostları ilə paylaş: