İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə127/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   123   124   125   126   127   128   129   130   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

müəyyənlik
 xassəsini təşkil edir.
3

Alqoritmin 
kütləvilik
xassəsi iki tələbi nəzərdə tutur:

müəyyən məsələnin həlli üçün qurulmuş alqoritm həmin tipdən olan bütün 
məsələlərin həlli üçün yararlı olmalıdır; 

alqoritm elə təsvir olunmalıdır ki, ondan hamı istifadə edə bilsin. 
4. Alqoritmdəki mərhələlərin və onları təşkil edən əməliyyatların sayı sonlu 
ədəd olmalıdır ki, onların yerinə yetirilməsi axtarılan nəticəyə gətirib çıxara bilsin. 
Bu alqoritmin 
nəticəvilik
(sonluluq) xassəsi adlanır. 
Alqoritmdəki hesab əməlləri arasındakı məntiqi əlaqələr kompüterin qəbul 
edə biləcəyi şəkildə verilməlidir. 
Alqoritmi təsvir etmək
– onu ayrı-ayrı mərhələlərə bölüb, hər mərhələdə 
nə etmək lazım olduğunu müəyyən etmək və bu mərhələlərin yerinə yetirilməsi 
ardıcıllığını göstərmək deməkdir. 
Alqoritmin istənilən istifadəçiyə aydın olması üçün onu təsvir etməyin 
ümumi qəbul edilmiş qaydaları yaradılmışdır. Bu qaydalara aşağıdakılar aiddir: 

təbii dildə (sözlərlə təsvir); 

qrafik formada (blok – sxem təsviri); 

alqoritmik dildə təsvir. 
Keçmiş dövrlərdən indiyə kimi alqoritmi təsvir etmək üçün adi danışıq dilinin 
vasitələri istifadə olunur. 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 165 
Misal. ax
2
+ bx +c =0
tam kvadrat tənliyinin həll alqoritmini sözlə təsvir 
etməli. 
1. Alqoritmin başlanğıcı; 
2. a, b, və c əmsallarını maşına daxil etməli; 
3. D = b
2
– 4 



c diskriminantını hesablamalı; 
4. Diskriminantın müsbət olmasını yoxlamalı; 
D >0 olarsa, 9-cu addıma keçməli: Əks halda 5-ci addıma keçməli. 
5. D=0 şərtini yoxlamalı: D=0 olarsa, 7-ci addıma keçməli. Əks halda 
(D<0) 6-cı addıma keçməli. 
6. Çap etməli: “Tənliyin kökü yoxdur”, sonra 11-ci addıma keçməli. 
7. Hesablamalı: 
а
в
x
2


8.
X
-in qiymətini çap edib, 11-ci addıma keçməli; 
9. Hesablamalı:
,
2
/
)
(
1
a
D
в
x



a
D
в
x
2
/
)
(
2



10. X
1
və X
2
– nin qiymətlərini çap etməli. 
11. Son. 
Alqoritmin təsvirinin çox münasib və əyani vasitəsi onun blok-sxemlər 
vasitəsilə göstərilməsidir. Bu halda bütün hesablama prosesi ayrı-ayrı mərhələlərə 
bölünür. Hər bir mərhələdə yerinə yetiriləcək funksiyadan asılı olaraq həmin 
mərhələlər kağız üzərində şərti qrafik işarələrlə (simvollarla) təsvir olunur. 
Məsələlərin kompüterlərdə həlli və xüsusi mürəkkəb alqoritmlərin təsviri 
zamanı blok-sxemlərdən istifadə edilməsinə daha geniş yer verilir, çünki 
alqoritmlərin təsviri zamanı adətən alqoritmin hər bir addımına (mərhələsinə) bir 
blok uyğundur. Lakin bir blokda bir neçə eyni tipli mərhələ və ya əksinə, bir 
mərhələ bir neçə blokda təsvir oluna bilər. Bloklar standart işarələrdən istifadə 
olunmaqla təşkil olunur və bir-biri ilə şaquli, yaxud üfqi xətlərlə birləşdirilir. Lazım 
gələrsə, blokları nömrələmək olar. 
başlanğic və ya son blok 
hesablama bloku 
giriş əməliyyatları bloku 
çap bloku 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin