İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə123/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   119   120   121   122   123   124   125   126   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
160 
Eyni ilə, 8-likdən 2-liyə keçmək mümkündür. 
Məsələn, 2 7 4 6 səkkizlik ədəd 
010 111 100 110 ikilik ədəd 
Eyni yolla ikilik say sistemindən 16-lığa və ya əksinə keçmək olar. Fərq 
yalnız ondadır ki, onaltılığa keçərkən ikilik ədədləri sağdan sola dörd-dörd 
qruplaşdırmaq lazımdır. 
Misal 12. Onaltılıq say sistemindəki F2 ədədini ikilik say sistemində ifadə 
etməli. 
F2
(16)
=1111 0010
(2)
İkilik ədədin onaltılıq say sisteminə çevrilməsi üçün həmin ədəd tetradalara 
(dördlülklərə) ayrılır və hər bir tetrada onaltılıq rəqəmi ilə əvəz olunur. 
Tetradalara ayırma tam hissədə vergüldən solda, kəsr hissədə isə vergüldən 
sağda aparılır. 
Misal 13. İkilik say sistemindəki X
(2)
=1010101001 ədədini 16-lıq say 
sistemində ifadə etməli. 
10| 1010| 1001
(2)
=2A9
(16)
Qeyd edək ki, tetradalara ayırma zamanı çatışmayan rəqəmlər (tam hissədə 
soldan, kəsr hissədə sağdan) “sıfır”larla doldurulur. 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 161 
 
F Ə S İ L VIII. ALQORİTM NƏZƏRİYYƏSİ 
 
 
ALQORİTMLƏŞMƏNİN ƏSASLARI VƏ 
PROQRAMLAŞDIRMA. MƏSƏLƏLƏRİN KOMPÜTERDƏ 
HƏLLİ MƏRHƏLƏLƏRİ 
 
İnsanın zehni fəaliyyətinin, o cümlədən hesablama işlərinin formalaşdırılması 
problemi qədim zamanlardan alimləri məşğul etmişdir. Əsas məsələ hesablama 
prosesini elə elementar əməllərə bölməkdən ibarətdir ki, hər bir əməl mütləq 
şəkildə formal təyin edilmiş olsun və hər əməldən sonra hansı əməlin icra 
ediləcəyi birmənalı bəlli olsun. Bu əməllər ardıcıllığına məsələnin 
həll alqoritmi
deyilir. Məsələnin alqoritminin qurulmasına məsələnin alqoritmləşdirilməsi deyilir. 
Alqoritm anlayışı informatikanın mərkəzi anlayışıdır. Alqoritm sözü IX əsrdə 
yaşamış özbək riyaziyyatçısı əbu Abdulla Məhəmməd ibn Musa əl-Xörəzmin adı ilə 
bağlıdır. Alqoritmi alqoritm icraçısı (operator) reallaşdırır. 
Özbək riyaziyyatçısı əbu Abdulla Məhəmməd ibn Musa əl-Xörəzmi, əsərindən bir 
parça və onun haqqında yazılmış əsər 
QEYD:
Alimin yaşadığı Xörezm şəhəri Amu-Dərya çayı sahilində yerləşir. 
Alim öz əsərində hind riyaziyyatını ətraflı şərh etmişdi. Üç yüz il sonra (1120-ci 
ildə) alimin əsərini latın dilinə tərcümə edirlər. Kitabı avropa alimləri “Alqoritmi de 
numero İndorum” (“Hind hesablamaları üçün alqoritm”) adlandırırlar. Kitab uzun 
illər ilk dərslik kimi Avropanınn elmi və tədris müəssisələrində istifadə olunur. Bu 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin