İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə131/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   127   128   129   130   131   132   133   134   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 171 
 
F Ə S İ L IX. FƏRDİ KOMPÜTERİN PROQRAM 
TƏMİNATI 
 
PROQRAM TƏMİNATININ TƏSNİFATI. 
SİSTEM PROQRAM TƏMİNATI 
 
Fərdi kompüterlər proqramla idarə olunan hesablayıcı maşındır. Hər hansı 
bir məsələni kompüterdə həll etmək üçün onun həll alqoritmi əsasında qurulmuş 
proqram olmalıdır. Kompüterin fəaliyyəti onun yaddaşına yazılmış proqramla 
təmin edilir. Proqram təkcə konkret məsələnin həlli üçün deyil, istifadəçi ilə 
kompüter arasında əlverişli formada ünsiyyət yaratmaq, informasiyanın işlənməsi 
prosesini idarə etmək, məsələlərin həllində proqramçıya kömək etmək, 
proqramçının səhvlərini aşkar edib ona çatdırmaq və s. üçün istifadə edilir. Bu və 
ya digər funksiyaları yerinə yetirmək məqsədilə kompüter uyğun proqramlar 
kompleksi ilə təmin olunmalıdır. 
Həmin proqramlar kompleksinə kompüterin proqram təminatı sistemi deyilir. 
Müasir kompüterlər yalnız texniki göstəricilərlə deyil, proqram təminatının 
zənginliyi ilə də bir-birindən fərqləndirilir və qiymətləndirilir. 
Beləliklə, proqram təminatı kompüterdə məsələlərin həllini təşkil edən 
proqramlar toplusudur. Proqram təminatı kompüterin vacib tərkib hissələrindən 
biridir və onun müəyyən hissəsi texniki aparatla birlikdə alıcılara çatdırılır. 
QEYD
: Proqram təminatına aid ilk nəzəriyyə ingilis riyaziyyatçısı Alan 
Tyurinq tərəfindən 1935-ci ildə “Decision problem” jurnalında dərc olunmuş 
“Computable numbers with an application to the Entschcidungsproblem” adlı 
oçerqdə təklif olunmuşdu. Müəllif məqalədə hesablama maşınını bir funksional 
vəziyyətdən digərinə çevirə biləcək ibtidai şəkildə olan əməliyyatları ardıcıllıqla 
yerinə yetirə bilən abstrakt maşının riyazı modelini vermişdi.
Müasir həyatda yeni informasiya texnologiyasının sürətlə inkişafı və onun 
tətbiq sferasının geniş vüsət alması proqram təminatının intensiv inkişafına səbəb 
oldu. Bununla əlaqədar qeyd etmək olar ki, son illərdə dünya miqyasında 
proqram təminatının inkişaf etdirilməsi üçün 140 milyard dollara yaxın vəsait sərf 
olunmuşdur. Bu vəsait hesabına proqram təminatının inkişaf meyli hər il 
mütəmadi olaraq (ildə 20%) artır. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin