İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə133/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   129   130   131   132   133   134   135   136   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 173 
Əməliyyat sistemləri yerinə yetirdiyi funksiyalara görə üç qrupa bölünür: 

birməsələli (bir istifadəçi üçün); 

çoxməsələli (çox istifadəçi üçün); 

şəbəkə. 
Birməsələli 
əməliyyat sistemləri müəyyən anda konkret bir məsələ ilə bir 
istifadəçinin işi üçün nəzərdə tutulmuşdur. Bu tip əməliyyat sistemlərinə nümumə 
kimi Microsoft firması tərəfindən yaradılan MS-DOS əməliyyat sistemini göstərmək 
olar. 
Çoxməsələli 
əməliyyat sistemləri kompüterdə mültiproqram rejimdə vaxt 
bölgüsü ilə kollektiv istifadəni təmin edir. Bu tip əməliyyat sistemlərinə UNIX
OS/2, Windows 7/8/10 və s. misal göstərmək olar. 
Şəbəkə 
əməliyyat sistemləri lokal və qlobal şəbəkələrin meydana gəlməsi 
ilə əlaqədar yaranmışdır və şəbəkənin bütün resurslarına istifadəçi müraciətini 
təmin edir. Bu əməliyyat sistemlərinə Novell Net Ware, Windows NT, Banyan 
Vines, IBM LAM, UNIX, Solaris və s. misal göstərmək olar. 
Servis proqramlar
adi kompüterlə işləyən zaman ona əlavə xidmətlər 
göstərir və əməliyyat sisteminin imkanlarını genişləndirir. 
Servis proqramları aşağıdakı əsas funksiyaları yerinə yetirir: 

istifadəçi interfeysinin təkmilləşdirilməsi; 

məlumatların (verilənlərin) mühafizəsi; 

məlumatların bərpası; 

xarici yaddaşla operativ yaddaş arasındakı informasiya mübadiləsinin 
sürətləndirilməsi; 

arxivləşdirmə və ya sənədi arxivdən çıxarmaq; 

kompüter virusları ilə mübarizə. 
Servis proqramları təşkilinə, reallaşdırma üsullarına və yerinə yetirdikləri 
funksiyalara görə aşağıdakı qruplara bölünür: 

örtük proqramları; 

utilitlər; 

antivirus proqramları. 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin