mutasiya generatorları da
mövcuddur ki, birinci kurs tələbəsinin yaratdığı sadə virusu mürəkkəb virusa
çevirsin.
Virusların yayılması . Şəbəkə və kommunikasiya texnologiyalarında hər
bir yenilik virusların yaradılması və yayılması üçün yeni imkanlar, yollar açır. Yaxın
vaxtlara kimi viruslar disketlər və digər daşıyıcılar vasitəsi ilə yayılırdı. İnternet
virusların yayılması üçün geniş imkanlar və magistral yollar açdı. Kompüter
virusları İnternetdə bioloji virusların real dünyada yayılmasından daha sürətlə
yayılır (məsələn, 2003-cü ildə Slammer "soxulcanı" 10 dəqiqə ərzində 75 min
fərdi kompüteri yoluxdurmuşdu).
1999-cu ildə ilk dəfə dünya miqyasında
virus epidemiyası yaranmışdı.
“Melissa” virusu on minlərlə kompüteri yoluxdurmuş və kompüter aləminə 80
milyon dollar ziyan vurmuşdu. Bu hadisədən sonra dünyada antivirus
proqramlarına böyük tələbat yarandı. 2000-ci ilin mayında Melissanın rekordunu
bir neçə saat ərzində milyonlarla kompüteri yoluxdurmuş “I Love You!” (“Səadət
məktubu”) virusu təzələdi. 2008-ci ildə “Conficker” virusu 12 milyon kompüterə
yoluxdu (maraqlı faktdır ki, virus, klaviaturası ukrayna dilində olan kompüterlərə
təsir etmir) və s.
Fərdi kompüterlərdə praktik olaraq virusa yoluxmayan fayl növü tapmaq
mümkün deyil. Hal-hazırda mobil telefonları və proqram təminatından istifadə
edən digər qurğuları da yoluxduran viruslar sürətlə yayılır.
Virus müəllifləri təkcə texnoloji zəifliklərdən deyil, "psixoloji" zəifliklərdən də
istifadə edirlər.
Məlumatları (verilənləri) məhv olmaqdan qorumaq, kompüter viruslarını
tapmaq və silmək üçün nəzərdə tutulan proqram
antivirus proqramı adlanır. Antivirus proqramının aşağıdakı tipləri mövcuddur:
süzgəc;
detektorlar;
doktorlar və ya faqi;
müfəttişlər;
immunizatorlar və ya vaksinlər.