İ N F O R M A T İ K A
____________________________________________________________
176
Doktor
antivirus
proqramları
virusların
aşkar
edilməsinə
və
zərərsizləşdirilməsinə şərait yaradır.
Viruslarla mübarizə proqramlarının bir neçə növündən - skanerlərdən (başqa
adı: faqlar, polifaqlar) istifadə olunur. Antivirus skanerlərin iş prinsipi faylların və
sistem yaddaşının yoxlanmasına və onlarda məlum və ya yeni (skanerə
məlum
olmayan) virusların axtarışına əsaslanır. Məlum virusların axtarışı üçün
«maska»lardan istifadə edilir. Virusun maskası konkret virus üçün spesifik olan
müəyyən sabit kodlar ardıcıllığıdır. Bir çox skanerlərdə həmçinin “evristik
skanerləmə” alqoritmlərindən istifadə edilir, yəni yoxlanan obyektdə komandalar
ardıcıllığı
analiz edilir, müəyyən statistika toplanır və hər bir yoxlanan obyekt üçün
qərar qəbul edilir (“ola bilsin yoluxub” və ya “yoluxmayıb”).
Müfəttiş
adlanan proqram kataloqların, proqramların, faylların
və sistem
sahələrinin məzmununu yadda saxlamaqla,
dövri olaraq, cari vəziyyətlə ilkin
vəziyyəti müqayisə edir. Disk müfəttişlərinin (CRC-skanerlərin)
iş prinsipi diskdə
olan fayllar və sistem sektorları üçün CRC - cəmlərin (nəzarət cəmlərinin)
hesablanmasına əsaslanır.
İmmunizator
özü rezident proqram olmaqla, bir çox virusları
vaksinləşdirmə yolu ilə yoluxmanın qarşısını alır. İmmunizatorların iki növü var:
yoluxma barədə məlumat verən immunizatorlar və hər-hansı
növ virusla
yoluxmanın qarşısını alan immunizatorlar. Birincilər adətən faylların sonuna yazılır
və hər dəfə fayldan istifadə edildikdə onun dəyişməsini yoxlayır. Bu
immunizatorların əsas nöqsanı stels-virusa yoluxma barədə məlumat verə
bilməməsidir. Buna görə bu immunizatorlardan praktikada istifadə edilmir. İkinci
növ immunizator sistemi istənilən növ virusa yoluxmaqdan mühafizə edir. Diskdə
fayllar elə modifikasiya edilir ki, virus onları artıq yoluxmuş fayl kimi qəbul edir.
Rezident virusdan mühafizə üçün kompüterin yaddaşına
virusu imitasiya edən
proqram yüklənir. Virus işə düşdükdə onunla rastlaşır və hesab edir ki, sistem
artıq yoluxub.
Dostları ilə paylaş: