İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR


Texniki xidmət proqramları



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə140/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   136   137   138   139   140   141   142   143   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

Texniki xidmət proqramları
kompüterin düzgün işləməsinə nəzarət 
etməklə yanaşı nasazlıqları da aşkar etmək üçün istifadə olunur. Kompüterin işinə 
nəzarət etmək üçün müxtəlif üsullar mövcüddür. Bu üsullardan bəziləri 
kompüterin aparat vasitələrilə, bəziləri aparat-proqram vasitələrilə, bəziləri isə 
proqram vasitələrilə həyata keçirilir. Proqrama nəzarət test proqramları və xüsusi 
nəzarət proqramları vasitəsilə həyata keçilirir. Testlə yoxlama kompüterin və 
onun ayrı-ayrı bloklarının işini yoxlayan test-proqramlar vasitəsilə yerinə yetirilir. 
Test proqramları
adətən kompüterin daimi yaddaş qurğusunda saxlanılır 
və kompüter elektrik şəbəkəsinə qoşulduqda avtomatik olaraq işə düşür. 
Xüsusi nəzarət proqramları
kompüterdə məsələlərin həlli üçün tətbiq 
olunan proqramların icrası zamanı əvvəlcədən müəyyənləşdirilmiş vəziyyətlərin, 
asılılıqların və məhdudiyyətlərin ödənilib-ödənilməməsini yoxlayır. Bütün hallarda 
nasazlıqların xarakteri, mənbəyi və bəzən də səbəbi haqqında məlumat ekrana 
çıxır və ya çap qurğusuna ötürülür. 
TƏTBİQİ PROQRAM TƏMİNATI, İNKİŞAF MEYLLƏRİ 
 
İqtisadi informasiyanın işlənmə texnologiyalarının tətbiqi, proqram 
təminatının başlıca təyinatı, istifadəçinin konkret məsələləri işləyib hazırlamasını 
və yerinə yetirməsini həyata keçirməkdən ibarətdir. Tətbiqi proqram təminatının 
təsnifat sxemi aşağıdakı kimidir. 
Tətbiqi proqram paketləri istifadəçi tərəfindən həll edilən məsələnin 
avtomatlaşdırılması üçün çox güclü alətdir və praktiki olaraq istifadəçini 
informasiyanın işlənməsində kompüterin bu və ya digər funksiya və 
proseduralarının necə yerinə yetirilməsini bilməkdən azad edir. Hal-hazırda öz 
funksional imkanlarına və reallaşdırma üsullarına görə fərqlənən çox geniş spektrli 
tətbiqi proqram paketləri mövcuddur. 
Tətbiqi proqram paketləri müəyyən olunmuş sinif məsələlərin həlli üçün 
təyin olunmuş kompleks proqramdır. 
Bir-birindən fərqli tətbiqi proqram paketləri mövcuddur: 

ümumi təyinatlı (universal); 

üsulyönlü; 

problemyönlü; 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin