İ N F O R M A T İ K A ____________________________________________________________ 181
Relyasiya modeli daha əlverişli və səmərəli olduğundan son illərdə
yaradılmış verilənlər bazasının idarəetmə sistemlərində bu modeldən istifadə
olunur.
İnteqrallaşdırılmış paketlər müxtəlif funksiyaları yerinə yetirən proqram
komponentlərini özündə birləşdirir. Müasir inteqrallaşdırılmış tətbiqi proqram
paketlərinə mətn redaktoru, elektron cədvəl, qrafiki redaktor, verilənlər bazasının
idarəetmə sistemləri və kommunikasiyalı modullar daxildir. İnteqrallaşdırılmış
paketlərə əlavə modullar kimi, faylların eksportu və importu, kalkulyator, təqvim,
proqramlaşdırma sistemləri də daxil edilir. Komponentlər arası informasiya əlaqəsi
müxtəlif məlumatların təsviri formatlarının unifikasiyası ilə təmin olunur. Müxtəlif
komponentlərin vahid sistemdə inteqrasiyası istifadəçiyə interfeysdə xeyli
üstünlük verir. Belə paketlərə FrameWork, Startnave, Microsoft Office nümunə
göstərmək olar.
Case texnologiyası mürəkkəb informasiya sistemlərinin yaradılmasında
tətbiq olunur. Case – texnologiyası altında informasiya sistemlərinin
hazırlanmasının avtomatlaşdırılması vasitələri başa düşülür. Bura tətbiq sahəsinin
analizi, verilənlər bazasının layihələndirmə, proqramlaşdırma və informasiya
sistemlərinin istismarı daxildir.
Case texnologiyasının instrumental vasitələri informasiya texnologiyasının
bütün sahələrində tətbiq olunur. Texnologiya istifadəçiyə informasiya
sistemlərinin layihələndirilməsini onların proqramlaşdırılması və sazlanmasından
ayırmağa imkan verir. Sistemi hazırlayanlar yalnız yüksək səviyyəli layihə ilə
məşğul olur. Bu isə layihələndirmə mərhələsində səhvlər buraxmamağa imkan
verir və mükəmməl proqram məhsulları alınır. Bu texnologiya informasiya
sisteminin işlənməsinin bütün mərhələlərində dəyişir.
Hal-hazırda Case texnologiyası informatikanın ən dinamik inkişaf edən
sahəsidir. Case texnologiyasına B PVIN, CDEZ Tods, Clear Case, Composer və s.
aid etmək olar.
Müasir Case texnologiyası banklar, maliyyə şirkətləri (korporasiyaları) və ən
iri firmalar üçün informasiya sistemlərinin yaradılmasında müvəffəqiyyətlə istifadə
olunur.