İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə146/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   142   143   144   145   146   147   148   149   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 183 
Hüquq sisteminin tətbiqi proqram paketləri böyük həcmli qanunlarla 
səmərəli işləmək üçün nəzərdə tutulub. İqtisadi cəhətdən inkişaf etmiş bir çox 
ölkələrdə hüquq sisteminə dair proqram paketlərindən geniş istifadə edilir. 
Qlobal şəbəkələrin tətbiqi proqram paketlərinin
əsas vəzifəsi 
istifadəçinin ərazilər üzrə paylanmış ümumi şəbəkə resurslarına, verilənlər 
bazasına müraciət, məlumatların ötürülməsini və s. rahat və etibarlı təmin 
etməkdən ibarətdir. Elektron poçtu, telekonfrans, elektron elanlar lövhəsinin 
təşkili, həmçinin müxtəlif qlobal şəbəkələrə informasiyanın gizli ötürülməsini 
təmin etmək üçün standart tətbiqi proqram paketlərindən istifadə olunur. 
Qlobal İnternet şəbəkəsinin standart tətbiqi proqram paketlərinə 
aşağıdakıları misal göstərmək olar: 

naviqasiya və müraciət vasitəsi – Netscape Navigator, Microsoft Internet 
Explorer və s.; 

elektron poçtu (e-mail), məsələn Eudora, MS Outlook və s. 
Bank fəaliyyətində məlumatların tətbiqi proqram paketləri geniş yayılıb. 
Bunlara SWIFT, Sprint, Reuters-i misal göstərmək olar. 
Tətbiqi proqram təminatının inkişafının əsas meylləri mütərəqqi informasiya 
texnologiyalarının yaradılması və yeni informasiya sistemlərinə keçilməsi ilə 
bağlıdır. Yeni informasiya sistemləri iyerarxiya quruluşuna malik olmaqla, işin 
ağırlıq mərkəzinin lokal şəbəkələrdən lokal serverlər şəbəkəsinə keçilməsinə 
əsaslanır. Burada sistemin miqyasının artması və onun funksional vəzifələr 
dairəsinin genişlənməsi ilə yanaşı, informasiya sisteminin istismar resurslarının 
ixtisar edilməsi tələbləri də əsas götürülür. 
Hazırda tətbiqi proqram paketlərinin inkişaf konsepsiyası aşağıdakı əsas 
prinsiplərə əməl olunmasını nəzərdə tutur: 

heç bir məhdudiyyət qoyulmadan müxtəlif axitektura qərarlarının 
inteqrasiyası; 

sistemin təşkilinin (məhsuldarlıq, çeviklik və dinamiklik baxımdan) 
keyfiyyətcə yeni səviyyəsinə nail olunması; 

sistemin maksimum qənaətliliyinin təmin edilməsi. 




Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin