İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə149/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   145   146   147   148   149   150   151   152   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 187 
Windows NT, Windows 2003/2007/2010-u göstərmək mümkündür. 
 
MS DOS AİLƏSİNİN ƏMƏLİYYAT SİSTEMLƏRİ 
 
Ailənin birinci üzvü MS-DOS (Microsoft Disk Operating System - Microsoft 
firmasının disk əməliyyat sistemi) sistemidir. Sistem IBM PC kompüterləri üçün 
1981-ci ildə yaradılmışdır. 
MS-DOS əməliyyat sistemi aşağıdakı əsas hissələrdən ibarətdir: 

fayl sistemi; 

xarici qurğuların drayverləri; 

əmrlər prosessoru. 
DOS ailəsinin əməliyyat sistemləri birməsələlidir və aşağıdakı xarakterik 
xüsusiyyətlərə malikdir: 

istifadəçi tərəfindən daxil edilən əmrlərin köməyi ilə interfeys həyata 
keçirir; 

sistemin IBM tipli müxtəlif kompüterlərdə işləməsini təmin etmək üçün 
struktur modulludur; 

sistemin işləməsi üçün nisbətən kiçik ölçülü əməli yaddaş (640 Kbayt) 
tələb edilir. 
MS-DOS əməliyyat sistemi aşağıdakı funksiyaları yerinə yetirən kompleks 
proqramlara malikdir: 

proqramların icrasının idarə edilməsi; 

fərdi kompüter resurslarının idarə edilməsi; 

prosessorun və fərdi kompüterin xarici qurğularının iştirakı ilə informasiya 
emalının təşkili; 

xarici yaddaşda informasiyanın saxlanması və disklərə xidmət işinin yerinə 
yetirilməsi. 
DOS ailəsindən olan əməliyyat sistemlərinin mühüm çatışmazlığı fərdi 
kompüter resurslarına və əməliyyat sisteminə icazə olmadan müraciətdən 
mühafizə vasitələrinin olmamasıdır. Əməliyyat sistemi diskdə saxlandığından, disk 
əməliyyat sistemi adını alıb. DOS proqramları lazım olduqda əməli yaddaşa 
yüklənir. 
Disk əməliyyat sisteminin əsas anlayışları aşağıda verilən kimidir. 
Fayl.
İnformasiya disklərdə fayl şəklində yadda saxlanılır. Fayl disk və ya 
başqa informasiya daşıyıcısında adlandırılmış bir sahədir. Faylda proqramın mətni, 
hazırlanmış sənəd, şəkil, qrafik material, səs, video film və s. saxlana bilər. 
Fayllar çox vaxt iki kateqoriyaya bölünür: mətn və ikilik. Mətn faylları 
istifadəçi tərəfindən oxunur. Fayllarda proqram mətni, DOS-un əmrlər faylı və s. 
ola bilər. Mətn faylları ASCII simvollarından ibarət olduğundan, çox vaxt bu 
fayllara ASCII faylları da deyilir. 
Əməliyyat sistemlərinin və başqa proqramların fayllara müraciəti üçün 
fayllar işarələnməlidır. İşarələmə faylın adını təyin edir. DOS əməliyyat 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin