İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə151/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   147   148   149   150   151   152   153   154   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 189 
simvolları) istifadə etməklə faylın adı və ya genişlənməsi işarə olunur. Bu * 
(ulduz) və ? (sual işarəsi) simvollarıdır. 
Faylın adında (genişlənməsində) ulduz işarəsi onu göstərir ki, bu mövqedən 
başlayaraq adın (genişlənmənin) sonuna kimi ixtiyari mümkün işarə yazıla bilər. 
Məsələn, *.DOC – genişlənməsi .DOC olan bütün fayllar, METOD.* - adı METOD 
olan (METOD.DOC, METOD.EXE, METOD.TXT və s.) istənilən fayl, AZ*.DOC – 
genişlənməsi DOC olan, adı AZ-lə başlayan fayllar, *.* - bütün fayllar. 
Faylın adında (genişlənməsində) sual işarəsi onu göstərir ki, bu mövqedə 
ixtiyari (yalnız bir) mümkün işarə ola bilər. Faylın adında (genişlənməsində) bir 
neçə sual işarəsi yazıla bilər. Məsələn, PROG?.EXE – PROG ilə başlayan adın 
beşinci mövqeyi istənilən simvol ola bilər (PROG1.EXE, PROGA.EXE, PROGD.EXE 
və s.). 
Qlobal simvollardan faylların axtarışında, yerdəyişməsində, köçürülməsində 
və silinməsində çox geniş istifadə olunur. Qeyd etmək lazımdır ki, faylların ad və 
genişlənməsində böyük və kiçik hərflər eyni qəbul olunur, yəni adna.txt və 
ADNA.TXT eyni faylı təyin edir. 
DOS əməliyyat sistemində DOS qurğularını işarə etmək üçün adlardan 
istifadə olunur və faylları adlandırarkən bu adlardan istifadə etmək olmaz. Bu 
adlardan DOS-un əmrlərində kompüter qurğularının giriş və çıxışını təşkil etmək 
üçün istifadə olunur. Məsələn, PRN adı printeri göstərir, buna görə də DOS-un 
əmrlərində faylın adı yerinə PRN göstərdikdə uyğun verilənlər çapa çıxır. 
Bu adlara hər hansı genişlənmə əlavə etdikdə DOS bunu qurğulara müraciət 
kimi başa düşür. Məsələn, CON.TXT faylına müraciət CON qurğusuna müraciətlə 
eynidir. Ona görə də CON.TXT-dən disk faylının adı kimi istifadə etmək olmaz. 
Amma faylların adlarının genişlənməsində .PRN, .AUX, .CON və .NUL-dan 
(Məsələn, ALFA.PRN faylından) istifadə etmək olar. 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin