İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə147/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   143   144   145   146   147   148   149   150   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
184 
 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 185 
 
F Ə S İ L X. ƏMƏLİYYAT SİSTEMLƏRİ 
 
 
 
ƏMƏLİYYAT SİSTEMİ ANLAYIŞI 
 
Əməliyyat sistemi
kompüter resurslarını idarə edən, tətbiqi proqramların 
işə salınmasını, onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsini, 
həmçinin, istifadəçi ilə kompüter arasındakı dialoqu təmin edən proqram 
vasitələrinin məcmusudur. 
Əməliyyat sistemi kompüterin işə qoşulması ilə yüklənir və istifadəçiyə 
hesablama sistemi ilə rahat və əlverişli ünsiyyət üsulu (interfeys) təqdim edir. 
Funksiyalarına görə interfeysin aşağıdakı növləri vardır: 
Proqram interfeysi
hesablama sistemi çərçivəsində proqramların qarşılıqlı 
əlaqəsini təmin edən vasitələr məcmusudur. 
İstifadəçi interfeysi
istifadəçinin kompüterlə qarşılıqlı əlaqəsi üçün 
proqram və aparat vasitəsidir. Öz növbəsində istifadəçi interfeysi əmrli və 
obyektyönlü ola bilər. 
Əmrli interfeys
istifadəçiyə kompüter resurslarının idarə olunması üçün 
əmrləri klaviaturadan daxil etməyə imkan verir. 
Obyektyönlü interfeys
obyektlər (fayl, kataloq (qovluq), disk sürücüsü, 
proqram, sənəd və s.) üzərində əməliyyatları bilavasitə həyata keçirən hesablama 
sisteminin resurslarını idarə edir. 
Resurs 
dedikdə kompüterin istənilən komponenti (mərkəzi prosessor, 
operativ və ya xarici yaddaş, xarici qurğular, proqram və s.) başa düşülür. 
Əməliyyat sisteminin yeni modifikasiyasının adı dəyişilmir, amma versiya 
(variant) adını alır. Əməliyyat sisteminin versiyası 6.0, 7.0, 8.0, 10.0 və s. 
şəklində işarə olunur. Nöqtədən soldakı rəqəmin artması sistemdə mühüm 
dəyişikliyin, nöqtədən sağdakı rəqəmin artması isə sistemdə cüzi dəyişikliyin 
edilməsini göstərir. Versiya nömrəsinin böyük olması, sistemin daha çox 
imkanlara malik olmasını əks etdirir. 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin