İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə144/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   140   141   142   143   144   145   146   147   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

Ekspert sistemləri
. İqtisadi və sosial sahədə məntiqə və mütəxəssis 
təcrübəsinə əsasən evristik tip məsələlərin həlli prosesində informasiyanın təhlili 
üçün istifadə edilən vasitələrə tələbat daima artır. Burada əsas ideya məsələnin 
necə həll olunmasını təyin edən ciddi formalaşdırılmış alqoritmlərdən, tədqiq 
sahəsinin mütəxəssisləri tərəfindən biliklər bazasında toplanan qaydaları 
göstərməklə məntiqi proqramlaşdırmaya keçidlə bağlıdır. Bu tip məsələlərin həlli 
üçün ekspert sistemlərindən (ES) istifadə olunur. Ekspert sisteminin əsasını 
biliklər bazası təşkil edir. Ekspert sistemləri aşağıdakı məqsədlər üçün istifadə 
olunur: 

obyektin vəziyyətinin inteqrasiyası; 

obyektin vəziyyətinin diaqnostikası; 

obyektdə vəziyyətin proqnozu; 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
182 

məqsədli planlaşdırma; 

obyektin işini idarə etmək. 
Üsulyönlü tətbiqi proqram paketləri
riyazi-iqtisadi məsələlərin müəyyən 
üsullarla həllini reallaşdırır. Bura aşağıdakı tətbiqi proqram paketləri aiddir: 

riyazi proqramlaşdırma (xətti, dinamik, statik və s. ); 

şəbəkə planlaşdırma və idarəetmə; 

riyazi statistika. 
Bunlara misal olaraq müasir fərdi kompüterlərdə reallaşdırılan Math Cad
Mat Lab, Derive, TK Solver və s. paketlərini göstərmək olar. 
Tətbiqi proqram paketlərinin geniş yayılmış sinfi problemyönlüdür. Praktiki 
olaraq, elə tədqiqat sahəsi yoxdur ki, burada heç olmasa bir tətbiqi proqram 
paketləri olmasın. Problemyönlü tətbiqi proqram paketləri elə proqram məhsuluna 
deyilir ki, burada konkret bir sahənin hər hansı bir məsələsinin həlli nəzərdə 
tutulur. 
Problemyönlü tətbiqi proqram paketləri sənaye, qeyri-sənaye və xüsusi 
sahələrdə tətbiq üçün proqram paketlərindən ibarətdir. 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin