İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR


UNIX AİLƏSİNİN ƏMƏLİYYAT SİSTEMLƏRİ



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə155/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   151   152   153   154   155   156   157   158   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

UNIX AİLƏSİNİN ƏMƏLİYYAT SİSTEMLƏRİ 
 
UNIX əməliyyat sistemi 32-mərtəbəli, çoxməsələli, çoxistifadəçili əməliyyat 
sistemləri ailəsidir. UNIX-in üstünlüyü onun müxtəlif kompüterlərdə istifadə 
olunmasının mümkünlüyüdür. 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
192 
UNIX əməliyyat sisteminin aşağıdakı xüsusiyyətləri vardır: 

paylanmış verilənlər bazasına müraciət; 

lokal şəbəkədə işləmək; 

uzaq məsafədə əlaqə və adi modemdən istifadə etməklə qlobal şəbəkəyə 
çıxış imkanı. Bu UNIX-in ən vacib komponentlərindən biridir. 
Hazırda UNIX üçün çoxlu sayda tətbiqi proqramlar mövcuddur. MS-DOS və 
Windows üçün geniş yayılan bir çox tətbiqi proqramlar UNIX-də də istifadə oluna 
bilər. 
QEYD
: Linux əməliyyat sisteminin yaranması 1991-ci ilə təsadüf edir. 
Finlandiyalı aspirant Linus Torvalds Minix əməliyyat sistemində proqram 
emulyasiyasını istifadə edərkən müəyyən bir problemlə rastlaşır. Torvalds qərara 
gəlir ki, proqram emulyasiyasının kod hissəsini elə yazmalıdır ki, ondan istifadə 
edən istifadəçi heç bir əməliyyat sisteminə müraciət etməsin. Torvalds həyata 
keçirdiyi əməliyyatlar nəticəsində məqsədinə nail olur. O, hazırladığı əməliyyat 
siteminin proqram kodunu serverə yazır, nəticədə mükəmməl əməliyyat sistemi 
əldə edir. Hazırlanmış proyekt həmin vaxt istifadə olunan Unix əməliyyat 
sisteminin əksər funksiyalarını özündə birləşdirirdi. Əvvəlcə əməliyyat sistemini 
Freax adlandırmaq (ingiliscədən tərcüməsi pulsuz, sərbəst anlamını verir) qərara 
alınır. 
Sonrakı illərdə Linux və Unix əməliyyat sistemləri üzərində tədqiqat işləri 
AT&T Bell Labs kompaniyasının işçisi Ken Tompson tərəfindən aparılır (bu 1969-
cu ilə təsadüf edir). Hazırlanmış əməliyyat sisteminə məzəli ad (UNİCS - 
Uniplexed İnformation and Computing Service - Sadə informasiya və hesablama 
xidməti) verilir. Sonralar isə sistemin rahat adlandırılması üçün Unix adından 
istifadə olunur. 
Sonrakı ərəfədə əməliyyat sisteminin daha da təkmilləşdirilməsi ilə Dennis 
Ritci və onun komandası məşğul olur. Tədqiqatçılar Unix əməliyyat sistemini yeni 
nəsil komputerlər üçün nəzərdə tutmuşdular. Yüksək səviyyəli alqotitmik dildən 
istifadə olunmaqla hazırlanan Unix əməliyyat sistemi tez bir zamanda 
universitetlərdən başlayaraq böyük şirkətlərə qədər hər yerdə istifadə olunmağa 
başlanır. Unix əməliyyat sisteminin bir çox versiyaları ((məsələn, BSD, MİNİX 
(holland professoru Endro Tanenbauman tərəfindən hazırlanmışdı), SCO Unix, 
System V (AT&T şirkətinin original versiyası), Solaris (Sun şirkətinin məhsulu), 
XENİX və Linux)) istifadəçilər arasında geniş yayıldı. 
Bunlardan məşhuru Berkli universitetinin hazırladığı Berkeley Unix versiyası 
oldu. Əməliyyat sisteminə yeni imkanlar və proqramlar da əlavə olundu, bu da 
əməliyyat sisteminin komputer sahəsində geniş yayılmasına şərait yaratdı. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin