İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə157/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   153   154   155   156   157   158   159   160   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

Ikinci istiqamət
– kompüterə müxtəlif obyektlərin ekranda təsvir 
üsulundan asılı olmayaraq, manipulyasiyasına imkan verən obyektyönlü 
texnologiyanın əməliyyat sistemlərində tətbiqi mümkündür. 
Üçüncü istiqamət
– əməliyyat sistemləri və proqram təminatı həmişə 
kompüterin aparat hissəsinin arxitektura həllini əks etdirir. Burada əsas ideya 32-
mərtəbəli mikroprosessorun imkanlarından tam mənada istifadə etmək və 
sonradan 64-mərətəbəli əməliyyat sistemlərinə keçməyin mümkünlüyüdür. 
DİSKİN FAYL STRUKTURU 
 
Fayla müraciət zamanı onun yalnız yolu və adı göstərilməlidir. Əməliyyat 
sistemi əvvəlcə fayl-kataloqa müraciət edərək faylın diskdə yerləşməsi haqqındakı 
məlumatı tapır, sonra isə tələb olunan əməliyyatı yerinə yetirir. 
Diskdəki verilənlərə müraciətdə əməliyyat sistemi burada yerləşən faylların 
yerləşmə cədvəlindən - FAT (File Allocation Table), baş kataloq və altkataloqdan 
istifadə edir. Başlanğıc sektor (yükləyici yazı), faylların yerləşmə cədvəli, baş 
kataloq və diskin boş yaddaş sahəsi ilə birlikdə verilənlər sahəsi adlanmaqla diskin 
fayl strukturunun elementlərini təşkil edir. 
QEYD
: FAT fayl sisteminin klassik arxitekturasıdır. Əvvəllər sərt disklərdə 
istifadə olunan FAT fayl sistemi sonralar disketlərdə və bəzi informasiya 
daşıyıcılarında da istifadə olundu. Sistemin sadəliyinə görə hal-hazırda fləş-
yığıcılarda da geniş istifadə edilir. 
FAT fayl sistemi 1976-1977-ci illərdə Bill Qeyts və Mark MakDonald 
tərəfindən işlənib hazırlanmışdır. Windows və DOS əməliyyat sistemlərində 
(Windows NT əməliyyat sistemindən başqa) faylların yerləşmə sistemi kimi 
istifadə olunur. FAT fayl sisteminin strukturu ECMA-107 standartına uyğundur.
FAT fayl sisteminin dörd versiyası mövcuddur. Versiyalar bir-birindən 
informasiyanın dsikin strukturuna yazılma mərtəbəsinə görə, daha doğrusu 
klasterlərin nömrələrinin yaddaşda saxlanması üçün ayrılmış bitlərin sayına görə 
fərqlənirlər. Mərtəbəliyin sayı artdıqca, FAT fayl sistemi ilə işləyə biləcək diskin 
tutumu da hiss olunacaq dərəcədə artır. Məsələn, FAT32 üçün diskin maksimal 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin