İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə159/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   155   156   157   158   159   160   161   162   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
196 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 197 
 
F Ə S İ L X. WINDOWS 7 ƏMƏLİYYAT SİSTEMİ 
 
 
 
İLK ADDIMLAR. 
WINDOWS 7-NİN İŞƏ SALINMASI 
Windows 7 əməliyyat sistemi qurulmuş kompüteri şəbəkəyə qoşdunuzsa
BIOS məlumatından sonra ekrana (запуск Windows-Windows-un işə salınması) 
yazısı çıxacaqdır. Bu zaman Windows fayllarla işləmək üçün lazım olanları 
yükləyəcək və sazlamaları yoxlayacaqdır. Klaviatura və mausa toxunmaq hələ 
tezdir. Az sonra ekranda müxtəlif rəngli 4 UNO (uçan naməlum obyekt)
mütəlif 
istiqamətdə fırlanaraq bir-birinə toqquşub partlayacaq və nəticədə Windows 
loqotipi iş masasında (ekranda) görünəcəkdir. Görünür, layihələşdiricilər bu 
animasiyaya hansısa bir metafizik məna vermək istəmişlər. 
Əgər Windows 7 əməliyyat sisteminin qurulması ilə tanış ola 
bilməmışsinizsə, fikir etməyin, indi istifadə edəcəyiniz bəzi terminlər barədə 
dərslikdə tutarlı səviyyədə məlumat alacaqsınız.
Mausun göstəricisi (kursoru)
. Bu, “maus” adlandırılan manipulyatorun 
köməyi ilə ekranda hərəkət etdirilən qrafik elementdir. Kursor çox hallarda 
ekranda ox kimi görünür. Ox şəkilli kursor ekrandakı obyektləri seçmək üçün 
istifadə edilir. Seçiləcək obyekti göstərmək üçün kursoru obyektin üzərinə 
gətirmək lazımdır. 
Mausun sol düyməsini sıxmaq.
Sıxmaq dedikdə, kursor seçiləcək obyektin 
üzərində olarkən mausun sol düyməsinin ani sıxılmasını nəzərdə tuturuq. Bundan 
əlavə, iki dəfə sıxmaq da tez-tez istifadə edilir. Bu zaman mausun sol düyməsi 
üzərində qısa fasilə ilə ardıcıl iki ani sıxma əməli icra edilir. Bəzən mausı ekranda 
hərəkət etdirərək kursoru ekrandakı lazımı şəklin (mətnin, təsvirin və s.) üstünə 
gətirib sol düyməni ani sıxmaqdan da istifadə edilir. 
Biz bu terminləri aydınlaşdırana qədər ekrandakı şəkil dəyişir və ekrana ya 
kompüter istifadəçilərinin siyahısı (əgər bu siyahı istifadəçi tərəfindən öncədən 
hazırlanıbsa), ya da inzibatçının (bəzən bu termin texniki ədəbiyyatlarda 
administrator kimi də istifadə edilir) adı və parolu barədə sorğu cıxır.
Mausun oxunu adınızın üzərinə gətirin və sol düyməni sıxın. Parol 
soruşularsa, parolunuzu daxil edin. 
Ola bilsin nə siyahı, nə də parol sorğusu ekrana çıxmasın. Bu halda ekrana 
iş masası açılacaqdır (şəkil 1.). Bu məqamdan Windows 7 əməliyyat sistemi işə 
hazırdır. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin