İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR


Tool Bar (Панель инструментов-Alətlər paneli)



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə162/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   158   159   160   161   162   163   164   165   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

Tool Bar (Панель инструментов-Alətlər paneli).
Alətləri idarə edən 
düymələr və parametrlərin yazıldığı sahələrdən ibarət olan zolaq şəkilli 
elementdir. 

Lent.
Müxtəlif idarəedici elementlərin yerləşdiyi qoşmalar sahəsidir. 

İş sahəsi
Pəncərənin orta hissəsidir ki, obyektlərin emalı burada həyata 
keçirilir. Əgər pəncərənin ölçüləri iş sahəsini bütövlükdə görməyə imkan 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
200 
vermirsə, onda iş sahəsi baxış sahəsinə çevrilir ki, bunun da sağ və aşağı 
tərəflərində fırlatma zolaqları yerləşir. 

Fırlatma zolaqları
Baxış sahəsini iş sahəsində hərəkət etdirən zolaqdır. 
Zolağın uclarında ox işarələri vardır. Ox üzərində mausun sol düyməsini 
sıxdıqda ox istiqamətində hərəkət yaranır. Fırlatma zolağındakı orta 
düymə sürüngəc adlanır və baxış sahəsini iş sahəsinə gətirir. Sürüngəcin 
ölçüsü iş sahəsinin baxış sahəsinə nisbətini göstərir, yəni sürüngəc 
fırlatma zolağından
neçə dəfə kiçikdirsə, iş sahəsi baxış sahəsindən bir o 
qədər dəfə böyükdür. 

Status Bar (Строка состояние-Vəziyyət sətri). 
Adətən pəncərənin 
aşağı sərhədi boyunca yerləşir və emal edilən obyekt haqqında 
informasiya verir. 
 
 
Şəkil 2. Standart pəncərənin elementləri 
 
Dialoq pəncərəsi əmrin icrası üçün əlavə informasiya daxil etmək və ya bəzi 
iş parametrlərini vermək üçün istifadə edilir. Dialoq pəncərələri həm çox cadə ola 
bilir, həm də çox zəngin informasiya daşıya bilirlər. Standart pəncərədən fərqli 
olaraq dialoq pəncərəsinin ölçüsünü dəyişmək mümkün deyildir. 
Əgər parametrlərin hamısı dialoq pəncərəsinə yerləşməzsə, onda həmin 
parametrlər qruplaşdırılır və altpəncərə adlanan qoşmalara yerləşdirilir. Qoşma – 
yarlık şəklində adlandırılmış düzbucaqlıdır. Bu ad həmin qoşmadakı parametrlər 
qrupunu ifadə edir. Qoşmaların biri aktiv olur və ön planda yerləşir. Digər 
qoşmaların yalnız yarlıkları görünür. 
Qoşmanı aktivləşdirmək üçün onun yarlıkını qeyd etmək kifayətdir. 
Dialoq pəncərəsində aşağıdakı elementlər yığımından istifadə etmək olur: 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin