İ N F O R M A T İ K A
____________________________________________________________ 201
Düymə
- üzərində yazı olan və olmayan olmaqla iki qrupa ayrılan
düzbucaqlıdır. Düyməni sıxmaqla əməliyyata başlamaq olar.
Bayraqcıq
. Bu, sağ tərəfində yazı olan kvadratdır.
Kvadratda işarə varsa,
bu, rejimin qoşulduğunu göstərir. Bayraqcığın vəziyyətini dəyişmək üçün kvadratı
və ya rejimin adını qeyd etmək kifayətdir.
Dəyişdirici açar
. Bu, bir parametrin qiymətləri çoxluğudur. Həmin
qiymətlərin birində işarə olur. İşarə seçilmiş parametri göstərir.
Digər qiyməti
seçmək üçün seçiləcək qiymətin üstündə mausun sol düyməsini sıxmaq lazımdır.
Mətn sahəsi
. Bu, kursorun şaquli xəttə çevrildiyi düzbucaqlıdır. Mətni və
ədədi informasiyanı daxil etmək üçündür.
Ədədi düymələr
. Bu, mətn sahəsinin sol tərəfində
yerləşən düymədəki
ədədin dəyişdirilməsi üçündür.
Siyahı
. Bu, bir-neçə qiymətdən ibarət olur ki,
bunlardan da birini seçmək
lazım gəlir. Seçim mausun sol düyməsini sıxmaq yolu ilə həyata keçirilir. Siyahı ya
bütünlüklə görünə bilər, ya da aşağıya doğru açıla bilər. Secim edilən kimi açılmış
siyahı geri yığılır.
Hiperiqtibas.
Bu, ekrana söz və ya ifadə şəklində çıxır. Maus ifadəyə və ya
sözə yaxınlaşdırıldıqda söz və ya ifadə altdan xətt çəkilmiş şəklə düşür və mausun
oxu əl formasında görünür. Hiperiqtibas əsas mətndən rəngi ilə seçilir.
Hiperiqtibası qeyd etməklə hiperiqtibasda göstərilən əməliyyat icra edilir,
məsələn, yeni dialoq pəncərəsi açılır.
MENYU
Əməliyyat sistemi və proqram əlavələri ilə işləyərkən “menyu” dedikdə, nə
başa düşülür? Yəni interfeysdəki proqramlar menyusu
verilmiş məqamda icra
edilmək üçün həyata keçirə biləcəyimiz əməliyyatların siyahısıdır. Windows 7-nin
əsas menyusu kompüterdəki proqram əlavələrinə və çoxsaylı sazlama
parametrlərinə yol açır. Baş menyunun köməyi ilə kompüterinizdə
olan ixtiyari
informasiyanı axtarıb tapa bilərsiniz. Əməliyyat sistemi barədə soraq
informasiyasını da əsas menyudan almaq və işin maraq doğuran xüsusiyyətlərini
oxumaq mümkündür.
Windows ailəsinə aid əməliyyat sistemlərinin əsas
xüsusiyyətlərindən biri
müxtəlif proqram əlavələrinin və onların elementlərinin xarici görünüşünün
standartlaşdırılmasıdır. Menyu bütün proqram əlavələrində eyni prinsiplə işləyir.
Menyu bəndlər yığımından ibarətdir.
Menyu həm üfqi, həm də şaquli ola bilir.
Menyuda seçim mausun sol düyməsini sıxmaqla həyata keçirilir.
2 saylı şəkildə göstərilmiş pəncərədə File (Файл-Fayl), Edit (Правка-
Düzəliş), Format (Формат-Format), View (Вид-Görünüş) və Help (Справка-
Yardım) menyularından ibarət üfqi menyu paneli göstərilmişdir. Menyu paneli hər
hansı bir əməli çağıra və ya əmrlər siyahısı olan altmenyu aça bilər.
Açılan altmenyudakı əmrlərin arasında da hər hansı bir əməli çağıra və ya
əmrlər siyahısı olan yeni altmenyu aça bilən əmr ola bilər.