İ N F O R M A T İ K A ____________________________________________________________ 191
klaviatura və ya əmrlər faylından daxil olan əmrləri qəbul edir və
araşdırır;
command.com faylının daxilində yerləşən MS-DOS-un əmrlərini yerinə
yetirir;
MS-DOS-un xarici əmrləri və .com və ya .exe tipli fayllarda saxlanılan
tətbiqi proqramları yükləyir və yerinə yetirir.
Drayver və rezident proqramlar . Drayver və rezident proqramlar MS-
DOS-un imkanlarını genişləndirir. Bu proqramlar istifadə edilən yeni qurğulara və
1Mbaytdan yuxarı yaddaşa müraciəti, genişlənmə hesabına disklərlə
daxiletmə/xaricetmə
əməliyyatlarının
sürətini
artırmağı,
klaviaturadan
azərbaycan, rus və s. hərflərin daxil edilməsini və s. təmin edir.
Drayver və rezident proqramların sazlanması aşağıdakı şəkildə həyata
keçirilir:
drayverlər MS-DOS-un başlanğıc yüklənməsində CONFIG.SYS faylının
DEVICE və DEVICEHIGH əmrlərinin köməyi ilə qoşulur;
rezident proqramlar isə MS-DOS-un başlanğıc yüklənməsi sona çatdıqda
və ekranda MS-DOS-un dəvəti göründükdən sonra adi proqramlar kimi
sazlanır. Rezident proqramlar əməli yaddaşın bir hissəsini tutur.
Drayverlər MS-DOS yenidən yüklənənə kimi əməli yaddaşda qaldığı halda,
rezident proqramları əməli yaddaşdan silmək olur (əməliyyatı bütün rezident
proqramlara aid deyil).
OS/2 AİLƏSİNİN ƏMƏLİYYAT SİSTEMLƏRİ 1987-ci ildə əski kompüterlərdən fərqlənən yeni nəsil fərdi kompüterlərin
yaradılması ilə əlaqədar IBM firması özünün OS/2 əməliyyat sistemini satışa
buraxır. OS/2 (Operating System/2) ikinci nəsil çoxməsələli əməliyyat sistemi
olmaqla yanaşı IBM PC kompüterləri üçün 32-mərtəbəli qrafiki çoxməsələli
əməliyyat sistemi də hesab olunur. OS/2 bir neçə tətbiqi proqramın paralel işini
təmin edir və bu zaman işləyən proqramları bir-birindən, əməliyyat sistemini isə
işləyən proqramlardan mühafizə edir. Əməliyyat sistemi proqramların
yazılmasında API (Application Programming Interfase – Tətbiqi Proqramlar
İnterfeysi)ndə yerləşən hazır proqram modullarından istifadəyə imkan verir.
OS/2 əməliyyat sistemi DOS-un fayl sistemi ilə uyuşan rahat qrafiki istifadəçi
interfeysinə malikdir. Bu da verilənlərdə heç bir çevirmə aparmadan onlardan
həm DOS -da, həm də OS/2-də istifadəsinə şərait yaradır.