İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə150/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   146   147   148   149   150   151   152   153   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
188 
sistemlərində faylın adı iki hissədən ibarətdir: adın özü və genişlənməsi. Ad və 
genişlənmə bir-birindən nöqtə ilə ayrılır. Faylın adı 8, genişlənməsi isə 3 
simvoldan ibarət ola bilər. Faylın ad və genişlənməsində böyük və kiçik latın 
hərflərindən istifadə oluna bilər, amma diskdə faylın adı yalnız kiçik latın hərfləri 
ilə yazılır. Faylın ad və genişlənməsində aşağıdakı simvollardan istifadə etmək 
olar: 

latın əlifbasının böyük və kiçik hərfləri; 

0-dan 9-a kimi ərəb rəqəmlər; 

-, _, $, #, &, @, !, %, (, ), {, }, ‘, ~, ^ simvolları. 
Faylın ad və genişlənmə yazılışına nümunə aşağıdakı kimidir: 

command.com 

autoexec.bat 

prog_1.doc və s. 
Windows 2003/2008/2010, OS/2 və Windows NT kimi əməlyyat 
sistemlərində uzun adlı fayllardan istifadə olunur. DOS əməliyyat sistemindən 
fərqli olaraq, müasir Windows əməliyyat sistemlərində, OS/2 və Windows NT
əməliyyat sistemlərində fayl və kataloqların adlandırılmasında uzunluğu 256 
simvoldan ibarət sətirdən istifadə etmək olar. Bu adlara uzun adlar deyilir. Uzun 
adlarda idarəedici (kodu 31-ə kimi olan) və \ / : * ? '' < > | simvollarından başqa 
bütün simvollardan istifadə etmək olar. 
Uzun adlı fayllarda 256 simvoldan istifadə edilməsinə baxmayaraq, 60÷70 
sayda simvoldan istifadə etmək məsləhətdir. 
Windows 7/9/10, OS/2 və Windows NT əməliyyat sistemlərində uzun adlı 
fayllarda DOS-dan istifadə edərkən, buradakı boşluqlar silinir və qısa adlarda 
mümkün olmayan +, ; =[ ] simvolları isə _ simvolu ilə əvəz olunur. 
Hər bir proqramın (əməliyyat sistemlərindən başqa) tərkibində bu proqramı 
yükləyən fayl mövcuddur ki, bu fayl icra olunan fayl adlanır. İcra olunan faylın 
genişlənməsi .COM və ya .EXE olur. Ümumiyyətlə, bir çox proqramlar faylın 
genişlənməsini özü təyin edir ki, bununla da faylın hansı proqram tərəfindən 
yaradıldığı bilinir və bu faylların bir çoxu uyğun proqramı yükləyir. Genişlənmə 
faylın tipini göstərir və onların əksəriyyəti standartdır. 
Məsələn: 

.COM, .EXE – yerinə yetirilməyə hazır olan, yəni icra olunan fayllar; 

.BAT– əmrlər (Batch) faylı; 

.TXT – mətn faylı; 

.MDB – Access VBİS-nin faylı; 

.XLS – Excel elektron cədvəl faylı; 

.DOC – Microsoft Word mətn faylı; 

.PAS - Pascal dilinin proqram faylı; 

.ASM – Assembler dilinin proqram faylı; 

.ARJ və ZIP – sıxlaşdırılmış fayllar. 
MS-DOS əməliyyat sistemində qrup fayllarını işarə etmək üçün şablonlardan 
(ingiliscə pattern) istifadə etmək olar. Şablonda qlobal simvollardan (şablonun 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin