İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR


Proqramlaşdırma sistemləri



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə138/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   134   135   136   137   138   139   140   141   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

Proqramlaşdırma sistemləri
proqramlaşdırma dillərində işləməyi təmin 
edirlər. Sistemə proqramlaşdırma dilləri, həmin dillərdə proqramları kompüter 
dilinə çevirən translyatorlar (çevirici proqramlar), sazlayıcı proqramlar və s. 
daxildir. 
Kompüter dili kompüterin «başa düşdüyü» kodlarda ifadə olunmuş 
əmrlərdən təşkil olunur. Bu halda proqram müəyyən əmrlər ardıcıllığından ibarət 
olur. Bu əmrlər kifayət qədər sadə olub, məlumatlar üzərində müəyyən 
əməliyyatları (+, -, : və s.) yerinə yetirirlər. 
Kompüter dilləri kompüterin tipindən asılı olaraq müxtəlif olduqlarına görə 
istifadəçilər tərəfəfindən çətin mənimsənilir, istifadəsi çox zəhmət tələb 
etdiyindən əlverişli deyil. Ona görə də təbii dilə yaxın formalaşdırılmış dillərdən 
istifadə olunur. Bu cür dillərə proqramlaşdırma dilləri deyilir. 
Proqramlaşdırma dillərində 
yazılmış proqram (ona 
ilkin proqram 
deyilir) sonradan kompüter dilinə çevrilir, sazlanır və icra olunur. Kompüter 
dilindəki proqrama 
işçi 
və ya 
mütləq proqram 
deyilir. İlkin proqramı işçi 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 177 
proqrama çevirmək üçün 
translyator 
adlanan xüsusi proqramlardan istifadə 
olunur. 
Translyatorlar iki yerə bölünür: 
İnterpretator 
ilkin proqramın cümlələrini bir-bir təhlil edib, kompüter 
dilinə çevirir və icra edir. Növbəti operatorun işlənməsindən sonra o digər 
operatora keçir. Sonuncu operatorun işləməsindən sonra interpretasiya prosesi və 
proqramın icrası başa çatır. İnterpretasiya üsulu ilə proqramın kompüter dilinə 
çevrilməsi və icrası ləng gedir. 
Kompilyator
interpretatordan fərqli olaraq, ilkin proqramı bütövlükdə 
maşın dilinə çevirir. Proqramda morfoloji və sintaksis səhvlər olarsa, onları aşkar 
edib, istifadəçiyə xəbər verir. Səhvlər düzəldildikdən sonra kompilyasiya yenidən 
təkrar oluna bilər, ya da saxlanmaq üçün xarici yaddaşa köçürülə bilər. 
Beləliklə, proqramın sazlanması zamanı interpretatordan istifadə etmək, 
sazlanmış proqramı isə kompilyator vasitəsilə işləmək məqsədəuyğundur. 
İstifadə olunan dilin strukturuna, formallaşdırma səviyyəsinə və vəzifəsinə 
uyğun olaraq proqramlaşdırma sistemləri aşağıdakı siniflərə bölünür: 

maşınyonlü sistemlər; 

proseduryönlü sistemlər; 

problemyönlü sistemlər; 

köməkçi sistemlər. 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin