İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə134/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   130   131   132   133   134   135   136   137   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

Örtük proqramlar
əməliyyat sistemləri üzərində qurulur, istifadəçiyə 
keyfiyyətcə yeni 
interfeysi
təqdim edir və istifadəçini əməliyyat sistemlərinin 
əmr və əməliyyatlarını ətraflı öyrənməsindən azad edir. 
MS-DOS mühitində olan əksər örtüklərin funksiyası fayl və kataloqlarla işə 
əsaslanır. Bu örtük proqram fayllarının sürətli axtarışını, mətn fayllarının 
yaradılmasını, baxışını və redaktəsini, diskdə yerləşən fayllar haqqında 
məlumatların verilməsini, disk sahəsi və operativ yaddaş haqqında məlumatların 
verilməsini təmin edir. 
İstifadə olunan bütün örtük 
proqramları
müəyyən dərəcədə istifadəçi 
səhvlərindən mühafizəni təmin etməklə, faylların təsadüfi korlanma ehtimalını da 
azaldır. 
MS-DOS 
mühitindəki
örtük proqramlardan ən çox yayılanı və istifadə 
olunanı NORTON COMMANDER proqramıdır. 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
174 
Utilitlər
aşağıdakı funksiyaları yerinə yetirirlər: 

disklərə xidmət etmək (formatlaşdırma və s.); 

informasiya mühafizəsinin təmini, nasazlıq hallarında bərpanın 
mümkünlüyü və s.; 

fayl və kataloqlara xidmət; 

arxivlərin yaradılması və yeniləşdirilməsi; 

kompüter resursları, disk sahəsi, proqramların əməli yaddaşda 
paylanması haqqında informasiyanın verilməsi; 

müxtəlif rejim və formatlarda olan mətn və digər faylların çapı; 

kompüteri viruslardan mühafizə. 
Antivirus 
proqram 
vasitələri
məlumatların 
(verilənlərin) 
neytrallaşdırılmasını və kompüterin diaqnostikasını təmin edir. Viruslar çoxalaraq 
proqramlara özbaşına qoşulur, lazımsız və ziyanlı müxtəlif əməliyyatları həyata 
keçirir. 
Geniş yayılmış kompüter virusları ilə mübarizə istifadəçilərə bir çox 
çətinliklər yaradır. Buna görə də virusların yayılma xüsusiyyətlərinin və 
əmələgəlmə xarakterinin istifadəçi tərəfindən öyrənilməsi ona viruslarla 
mübarizədə antivirus proqramlarından effektiv istifadəyə imkan verir. 
Virus digər proqramlara özbaşına qoşula bilən, öz surətini fayllara, sistem 
sahəsinə, şəbəkələrə və s. yayan və kompüterin normal işini pozan xüsusi 
proqramdır. Yaranmış virus proqramlarının surəti təkrar olaraq kompüterin 
daxilində yenidən yayıla bilir. 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin