İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə106/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   102   103   104   105   106   107   108   109   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

KLAVİATURA 
 
Verilənlərin kompüterə daxil və xaric edilməsi üçün klaviaturadan istifadə 
olunur. Noutbukun ayrica klaviaturası yoxdur. O, bir-başa hesablama blokunun 
üzərində yerləşir. Adətən noutbukun klaviaturası kompüterin klaviaturasından 
fərqlənir. Fərqlənməyə əsas səbəb klaviaturanın sahəsinin azlığı səbəbindən onun 
üzərində yerləşən bəzi klavişlərin təxirə salınmasıdır. 
Klaviatura üzərindəki klavişləri 4 qrupa ayırırlar. 
Funksional klavişlərə aşağıdakılar aiddir: 

[Esc] – yerinə yetirilmiş əməliyyatdan imtina və ya müəyyən vəziyyətdən 
çıxış klavişi; 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
132 

[F1÷F12] – müəyyən funksiyaları yerinə yetirirlər və proqramın cari 
momentində işləyirlər; 

[PrintScreen] – ekrandakı təsvirin alınaraq çap edilməsini yerinə yetirir və 
yaxud ekrandakı təsvirin surətinin alınaraq bufer yaddaşda saxlanmasını 
həyata keçirir; 

[Pause/Break] – kompüterin işini dayandırır. Əmrlərin daxil edilməsi 
rejimində və kompüterin yenidən yüklənməsində istifadə olunur. 
Simvol klavişlər sahəsindəki klavişlərdən informasiyanın kompüterə daxil 
edlməsi zamanı istifadə edilir. Burada bəzi klavişlər özünəməxsus xüsusiyyətə 
malikdir. 
Onlardan: 

[Tab] – simvolları tabulyasiya edir, yəni kursoru təyin edilmiş sətir 
mövqeyi qədər sürüşdürür; 

[Caps Lock] – böyük hərflərin yazılması rejimini açıb/bağlayır; 

[Shift] – qisamüddətli böyük hərflərdən və simvollardan istifadəyə imkan 
verir (klaviatura üzərində sağda və solda yerləşir); 

[Ctrl] – klaviaturanın imkanlarının genişlənməsinə əlavə imkan yaradır; 

[Alt] – [Ctrl] ilə eyni funksiyanı yerinə yetirir; 

[Enter] - əmrin yerinə yetirlməsini həyata keçirir (təsdiqləyir); 

[Backspace] – kursordan solda yerləşən simvolu silir. 
Kursor ekranda istifadəçiyə daxil etdiyi simvolun yerini göstərir. İstifadəçinin 
zövqündən asılı olaraq kursoun işarəsini müxtəlif formada seçmək olar (məsələn, 
üfqi və şaquli və s.). 
Kursor vasitəsilə idarə olunan klavişlərə aşağıdakılar aiddir: 

[Ins] (və ya [İnsert]) – daxiletmə rejimini açır və bağlayır; 

[Del] (və ya [Delete]) – kursordan sağda dayanan simvolu silir; 

[Home] – kursoru sətrin başlanğıcına gətirir; 

[Pg Up] (və ya [Page Up]) – kursoru bir ekran qədər yuxarı hərəkət 
etdirir; 

[Pg Dn] (və ya [Page Down]) – kursoru bir ekran qədər aşağı hərəkət 
etdirir; 

[End] – kursoru sətrin sonuna gətirir. 
Bunlarla yanaşı klaviatura üzərində kursoru aşağı, sağa, sola və yuxarı 
hərəkət etdirən düymələr dəsti də yerləşir. 
Nəzərə çatdırmaq lazımdır ki, bəzi klavişlərin üzərində iki və ya üç simvol 
həkk olunur (məsələn, əksər klaviaturalarda rus, ingilis və azərbaycan hərflərinin 
həkk olunduğunun şahidiyik). 
Əgər klavişin üzərində üç simvol həkk olunmuşsa, binlardan biri sadəcə 
olaraq klavişi sıxdıqda onun üzərində olan simvola uyğun işarəni kompüterə daxil 
edir. Əgər klaviş üzərində iki simvol həkk edilmişdirsə, bu zaman klavişi sıxdıqda, 
onunla bərabər [Shift] düyməsinin sıxılması da vacibdir, bu zaman simvola uyğun 
informasiya kompüterə daxil olacaqdır (bu zaman [Shift] düyməsi sıxılmış 
vəziyyətdə olmalıdır). 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin