İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə105/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   101   102   103   104   105   106   107   108   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

 
EKRAN 
Ekran noutbuka daxil olmuş verilənlərin təhlil edildikdən sonra əks olunması 
üçün istifadə edilir. Müasir ekranlar istifadəçiyə çoxlu sayda rəng çalarına malik 
təsvirlərin əldə olunmasına yardımçıdır. 
Monitorların əsas xarakteristikası ekranın təsviri buraxma qabiliyyəti, ekranın 
ölçüsü və rəng çalarıdır. 
Ekranın təsviri buraxma qabiliyyəti onun müəyyən sayda nöqtələri üfqi və 
şaquli istiqamətdə ekranda göstərmə qabiliyyətidir. Nöqtələrin sayı artdıqca 
ekranda alınan təsvir daha da təbii görünür. Adətən monitorun buraxma 
qabiliyyətini üfqi istiqamətdə nöqtələr sayı və şaquli istiqamətdə nöqtələr sayı ilə 
təyin edirlər. Ekranın ölçüsü diaqonal üzrə düymlərlə ölçülür (məsələn, 12.1”, 
14”, 15”, 15.4”, 17” və s.). Ölçünü artırmaqla (nöqtələr sayı dəyişməz qalmaqla) 
daha böyük ölçüyə malik təsviri ekranda göstərmək imkanı əldə olunur. 
Maye kristal (LCD) Viewsonic VX2268wm və LG DM2350D LCD manitorları 
Palitra monitorda əks olunan təsvirin rəng çalarlarının sayıdır. Palitra 
noutbukun videoyaddaşının tutumu ilə bir başa, ekranın buraxma qabiliyyəti ilə 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 131 
isə əks mütənasibdir. Palitra adətən 64 min və ya 16 milyon rəng çalarına 
maılikdir. 
İndiki zamanda istehsal olunan noutbuklarda maye kristal monitorlardan 
(LCD) istifadə edilir. 
 
Qabarıq linzadan istifadə olunmaqla hazırlanmış 3D monitoru 
LCD monitorlarının əsas xarakteristikalarına matrisanın tipi, əksetmə vaxtı, 
ekrandakı nöqtənin ölçüsü, nöqtələrin parlaqlığı, ekrana baxış bucağnın maksimal 
qiymətə malik olması daxildır. 
Əksetmə vaxtı 5 millisaniyəyə bərabər olan monitorlar yüksək keyfiyyətli 
monitorlar sayılır. 
Mətn yığarkən və ya şəkillər ilə işləyərkən parametrin qiyməti o qədər də 
əhəmiyyət kəsb etmir. 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin