İ N F O R M A T İ K A
____________________________________________________________
126
Daşina bilən yaddaş – Elastik disk
Daşina bilən yaddaş – Flash disk
Belə fləş kartlar adətən mobil telefonlarda, fotoaparatlarda və
videokameralarda daha çox istifadə olunurlar. Əksər
noutbuklar fləş kartlar ilə
işləmək üçün xüsusi hazırlanmış yuvalarla təmin edilirlər.
Fləşlərdən başqa informasiyanın uzunmüddətli saxlanmasıdan ötrü optik
disklərdən də istifadə edilir. İnformasiyanı kompakt disklərdə (CD) də saxlamaq
olar. Belə disklərin maksimal tutumu 700 Mbayta bərabərdir.
Flash kartlar
İ N F O R M A T İ K A
____________________________________________________________ 127
Bəzi hallarda informasiyanın saxlanılması üçün DVD-lərdən istifadə
məsləhətdir. Onların tutumu 4,7 Qbayta bərabərdir. Nəzərə almaq lazımdır ki, CD
və DVD ilə işləməkdən ötrü kompüterlər və noutbuklar xüsusi hazırlanmış uyğun
qurğular ilə təmin edilməlidirlər. Hal-hazırda istehsal
olunan bütün noutbuklar
belə qurğular ilə təmin olunurlar.
Nəzərə almaq lazımdır ki, DVD-ötürücüləri kompakt-disklər ilə işləmək üçün
də istifadəni dəstəkləyirlər.
Disk sürücüləri ancaq kompakt-diskləri (CD-ROM) və ya DVD (DVD-ROM)
oxuya bilir. Onlar bununla yanaşı CD-RW və ya DVD-RW disklərinə informasiya
yazma prosesini də həyata keçirirlər (informasiya yazan disk sürücüləri qiymətcə
daha bahadırlar). Belə disk sürücüləri baha qiymətə satılsalar da, onların köməyi
ilə başqa disklərə musiqiləri, filmləri, məlumatlar olan fayllari və s.
yenidən
yazmaq imkanı vardır. Bu baxımdan da istifadəçi noutbuk alan zaman bu
məsələyə nəzər yetirməlidir.
Kompakt-disklər və DVD-lər üçün disk sürücüləri
Optik disklər onlara bir dəfə informasiya yazılması
üçün nəzərdə
tutulmuşdur (onları adətən qəlib (bolvanka) də adlandırırlar). Bəzi hallarda isə
belə disklərdən hazırlanma texnologiyasını nəzərə almaqla informasiyanın
dəfələrlə yazılması üçün istifadə edirlər (birdəfələik infoirmasiya yazıla bilən
diskləri CD-R, dəfələrlə informasiya yazıla bilən
diskləri isə CD-RW kimi
nişanlayırlar).
Bəzən belə disklərin nişanlanmasında “+” və “-“ işarələrindən istifadə edilir
(məsələn, DVD+R və ya DVD-RW, və yaxud DVD-RW). İstifadə olunan “+” və “-“
işarələri həmin disklərin müxtəlif formatlara malik olmasıni ifadə edir. Nəzərə
almaq lazımdır ki, indiki zamanda əksər aparıcı şirkətlər tərəfindən hazırlanan disk
sürücüləri hər iki formatla lazımı səviyyədə işləyə bilir.
İstifadəçi disk sürücüsünə diski taxmaqdan ötrü öncə noutbukun yan
tərəfində olan xüsusi düyməni sıxmalı və sonra diski
disk sürücüsünün üzərinə
taxmalıdır (qoymalıdır). Noutbukun yan tərəfindəki düymə sıxılan zaman
noutbukdan xaricə tabaq (лоток) çıxır və istifadəçi diski, onun üz tərəfində olan
reklam xarakterli şəkilli üzü yuxarı formada disk sürücüsünə taxmalıdır. Sonrakı