kompüterin arxitekturası
adlandırırlar.
Hal-hazırda IBM PC ilə uzlaşan noutbukları dünyanın müxtəlif aparıcı
firmaları istehsal edir. Onlar bir-birindən əsasən dizaynlarına görə çox fərqlənirlər.
Belə noutbuklar funksional təyinatına görə müxtəlif olan blok şəkilində toplanmış
çoxlu sayda komponentlərdən (təşkiledicilərdən) ibarət mürəkkəb sistemdən
ibarətdir. Belə mürəkkəb sistemin əsas vəzifəsi noutbuka daxil olan
informasiyanın işlənməsi – verilənlərin axtarılması, çeşidlənməsi və redaktə
edilməsi, hesablamaların həyata keçirilməsi, hazırlanmış materialların çap
olunması, lazım gəldikdə istənilən informasiyanın kanal vasitəsi ilə ötürülməsi və
sairədir.
Aşağıdakı şəkildə hesablama bloku və ekrandan ibarət olan noutbuk
göstərilmişdir. Noutbuk aşağıdakı hissələrdən ibarətdir:
İ N F O R M A T İ K A
____________________________________________________________ 119
hesablama bloku ana lövhə və ya sistem bloku adlanan platadan,
verilənlərin və əmrlərin kompüterə daxil edilməsinə imkan verən
klaviaturadan, sensor paneldən (taçpaddan – ingiliscə touchpad) və ya
trekboldan (ingiliscə trackball) ibarətdir. Hesablama bloku qrafik interfeysə
malik sistemi idarə edir;
ekran hesablama blokunun daxildəki verilənlərin təhlil olunma prosesini
əyani surətdə əks etdirir.
Noutbuk
HESABLAMA BLOKU
Hesablama blokunda hesablama əməliyyatlarını yerinə yetirən mərkəzi
prosessor (ingilis abbreviaturası ilə CPU) yerləşir. Mərkəzi prosessor informasiya
axınının əlaqələndirilməsini (koordinasiyasını) və kompüterin idarə edilməsini
həyata keçirir. İdarə olunma xüsusi hazırlanmış təlimat - əmrlər vasitəsi ilə yerinə
yetirilir. Mərkəzi prosessor müəyyən olunmuş əmrlər sistemi ilə (kodlar ilə) işləyir.
Əmrlər sisteminə müəyyən ardıcıllıqla yerinə yetirilən elementar əməliyyatlar
daxildir. Belə ardıcıllıq hesablama texnikasında proqram adlanır.
MİKROPROSESSOR
Masaüstü kompüterlər üçün klassik mikroprosessor istehsalçısı Intel şirkəti
sayılır. Şirkətin istehsalı olan Pentium 4, Pentium D, Atom, Core Duo, Core Quad,
|