Tələbə: Fatimə Məmmədova Fakültə: Filologiya İxtisas: Azərbaycan dili və ədəbiyyatı müəllimliyi Müəllim: Natiq Quliyev Fənn: Tahsildə İkt Qrup: FL-161 Kurs: 1 Mövzu: Fərdi kompüterin baza aparat vasitələri və fərdi kompüterin periferiya qurğuları Fərdi kompüterin baza aparat vasitələri və fərdi kompüterin periferiya qurğuları Kompüter qurğuları — İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır. 1673-cü ildə Qotfrid Vilhelm Leybnits (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır. 1830 - cu ildə Çarlz Bebic (İngiltərə) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstərmişdır. Bebicin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur. 1930-cu ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir. Müasir kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə ABŞ-da elektron lampalı elementlərdə ENİAC adlı universal kompüterin yaradılması ilə həyata keçirilmişdir. Bu tarix müasir kompüter texnikasının yaranma tarixi hesab olunmuşdur.
Sistem bloku Sistem bloku fərdi kompüterlərdə istifadə edilən texniki elementlərin əsas birləşmə qovşağı olub, daxilində kompüterin işləməsi üçün lazım olan ən əhəmiyyətli vasitələri birləşdirir. Bunlardan əlavə verilənlərin bloka daxil və ya xaric edilməsi üçün periferiya qurğularından istifadə edilir. Sistem bloku üzərində qida mənbəyi olan korpusdan, üzərində əməli yaddaş ,prosessor və s. olan ana platadan, sərt maqnit disk qurğusundan (HDD), DVD-RW və s. əlavə qovşaqlardan ibarətdir. Sistem bloku üzərində yerləşən qurğuları ana plataya qoşmaq üçün interfeyslərdən istifadə edirlər. İnterfeys əlaqə kanallarının proqram, elektrik və mexaniki xarakteristikalarını özündə birləşdirir.
Monitor Kompüterin xarici qurğusudur. Verilənləri vizual şəkildə göstərmək üçündür. "Monitor" sözü "nəzarət etmək", "yoxlamaq", "displey" - "aşkar etmək", "göstərmək" mənasını daşıyır. Fərdi kompüterlərdə istifadə olunan monitorlar ekranın ölçülərinə görə əsasən aşağıdakı ölçüdə olurlar: 15, 17,19 və 21 düyüm. Monitorlar şəklin formalaşdırılması prinsiplərinə görə aşağıdakı növlərə bölünür:
CRT (Cathode Ray Tube) - elektron-şüa borusu
Plazma ekranlı monitorlar 3. LCD (Liquid Crystal Display) - mayekristal Plazma və maye kristal monitorlar nazik səth formasındadır, çəkiləri çox kiçikdir.