İ N F O R M A T İ K A
____________________________________________________________
160
Eyni ilə, 8-likdən 2-liyə keçmək mümkündür.
Məsələn, 2 7 4 6 səkkizlik ədəd
010 111 100 110 ikilik ədəd
Eyni yolla ikilik say sistemindən 16-lığa və ya əksinə keçmək olar. Fərq
yalnız ondadır ki, onaltılığa keçərkən ikilik ədədləri sağdan sola dörd-dörd
qruplaşdırmaq lazımdır.
Misal 12. Onaltılıq say sistemindəki F2 ədədini ikilik say sistemində ifadə
etməli.
F2
(16)
=1111 0010
(2)
İkilik ədədin onaltılıq say sisteminə çevrilməsi üçün həmin ədəd tetradalara
(dördlülklərə) ayrılır və hər bir tetrada onaltılıq rəqəmi ilə əvəz olunur.
Tetradalara ayırma tam hissədə vergüldən solda, kəsr hissədə isə vergüldən
sağda aparılır.
Misal 13. İkilik say sistemindəki X
(2)
=1010101001 ədədini 16-lıq say
sistemində ifadə etməli.
10| 1010| 1001
(2)
=2A9
(16)
Qeyd edək ki, tetradalara ayırma zamanı çatışmayan rəqəmlər (tam hissədə
soldan, kəsr hissədə sağdan) “sıfır”larla doldurulur.
İ N F O R M A T İ K A
____________________________________________________________ 161
F Ə S İ L VIII. ALQORİTM NƏZƏRİYYƏSİ
ALQORİTMLƏŞMƏNİN ƏSASLARI VƏ
PROQRAMLAŞDIRMA. MƏSƏLƏLƏRİN KOMPÜTERDƏ
HƏLLİ MƏRHƏLƏLƏRİ
İnsanın zehni fəaliyyətinin, o cümlədən hesablama işlərinin formalaşdırılması
problemi qədim zamanlardan alimləri məşğul etmişdir. Əsas məsələ hesablama
prosesini elə elementar əməllərə bölməkdən ibarətdir ki, hər bir əməl mütləq
şəkildə formal təyin edilmiş olsun və hər əməldən sonra hansı əməlin icra
ediləcəyi birmənalı bəlli olsun. Bu əməllər ardıcıllığına məsələnin
həll alqoritmi
deyilir. Məsələnin alqoritminin qurulmasına məsələnin alqoritmləşdirilməsi deyilir.
Alqoritm anlayışı informatikanın mərkəzi anlayışıdır. Alqoritm sözü IX əsrdə
yaşamış özbək riyaziyyatçısı əbu Abdulla Məhəmməd ibn Musa əl-Xörəzmin adı ilə
bağlıdır. Alqoritmi alqoritm icraçısı (operator) reallaşdırır.
Özbək riyaziyyatçısı əbu Abdulla Məhəmməd ibn Musa əl-Xörəzmi, əsərindən bir
parça və onun haqqında yazılmış əsər
QEYD:
Alimin yaşadığı Xörezm şəhəri Amu-Dərya çayı sahilində yerləşir.
Alim öz əsərində hind riyaziyyatını ətraflı şərh etmişdi. Üç yüz il sonra (1120-ci
ildə) alimin əsərini latın dilinə tərcümə edirlər. Kitabı avropa alimləri “Alqoritmi de
numero İndorum” (“Hind hesablamaları üçün alqoritm”) adlandırırlar. Kitab uzun
illər ilk dərslik kimi Avropanınn elmi və tədris müəssisələrində istifadə olunur. Bu
|