İ N F O R M A T İ K A
____________________________________________________________
236
əmrini seçin. Ekrana seçimə uyğun olaraq Explorer (Проводник-Bələdçi) dialoq
pəncərəsi açılacaq (şəkil 35.). Explorer (Проводник-Bələdçi) dialoq pəncərəsi ilə
faylın açılması pəncərəsi çox oxşardır. Bu pəncərənin yuxarı hissəsində cari
qovluğa aparan yol görünür. 36 saylı şəkildə cari qovluq NURAN adlanır. Bu
qovluq (Пользователи-İstifadəçilər) qovluğunda yerləşir. NURAN qovluğunun
qarşısındakı üçbucağı sıxsanız bu qovluğa daxil olan qovluqların (və ya faylların)
siyahısını dialoq pəncərəsinin sağ tərəfində görəcəksiniz.
Şəkil 35. Explorer (Проводник-Bələdçi) dialoq pəncəsi
(Пользователи-İstifadəçilər) sözündən əvvəlki “<<” işarəsini seçsəniz, bu
qovluğun daxil olduğu qovluqlar və ya disklər iyerarxiyası ekrana açılacqdır.
İ N F O R M A T İ K A
____________________________________________________________ 237
Şəkil 36. Qovluğun seçilməsi
Explorer (Проводник-Bələdçi) dialoq pəncərəsinin işçi hissəsi şaquli xətlə iki
hissəyə ayrılmışdır. Mausdan istifadə etməklə hissələrin ölçüsünü dəyişmək olar.
Explorer (Проводник-Bələdçi) dialoq pəncərəsinin sol hissəsində qovluqlar
ağacı göstərilən sahə vardır. Bu sahədə həm də məntiqi disklər və cari qovluğun
hansı məntiqi diskdə yerləşdiyi görünür. Qovluq nə qədər dərindədirsə, onun
nişanı bir o qədər sağda yerləşir. Bəzi qovluq və disklərin nişanlarından solda
sağa baxan üçbucaq yerləşir. Bu o deməkdir ki, belə qovluğun içində başqa
qovluqlar vardır. Üçbucağı qeyd etsəniz həmin qovluqları görərsiniz. Explorer
(Проводник-Bələdçi) dialoq pəncərəsinin sağ hissəsindəki fayl və qovluq siyahısı
müxtəlif formada əks etdirilə bilir. Şəkil 36-da verilmiş forma cədvəl adlanır. Bu
siyahını dəyişmək üçün 35 saylı şəkildəki pəncərənin yuxarısında (Создать
библиотеку-Kitabxana yarat) əmrindən sağda yerləşən düyməyə aid aşağı baxan
ücbucağı seçmək lazımdır. Bu zaman aşağıdakı siyahı növləri görünəcəkdir:
böyük nişanlar – fayl və qovluqların nişanlarını və adlarını çox böyük
ölçüdə əks etdirir;
iri nişanlar - fayl və qovluqların nişanlarını və adlarını xeyli iri ölçüdə əks
etdirir;
adi nişanlar - fayl və qovluqların nişanlarını və adlarını orta ölçüdə əks
etdirir;
xırda nişanlar - fayl və qovluqların nişanlarını və adlarını kiçik ölçüdə,
soldan-sağa sətrlər şəklində və yuxarıdan-aşağı yerləşdirməklə əks etdirir;
siyahı - fayl və qovluqların nişanlarını və adlarını kiçik ölçüdə, yuxarıdan-
aşağı sütunlar şəklində və soldan-sağa yerləşdirməklə əks etdirir;
|