RƏSMİN DAXİL EDİLMƏSİ
Microsoft Word 2010 sənədi müxtəlif şəkillərlə bəzəməyə imkan verir. Bu,
yalnız təbrik açıqcaları hazırlamaq üçün deyil, həm də ciddi işgüzarlıq sənədləri
tərtib edilərkən bu və ya digər şəkillərin, müəssisələrin loqotiplərinin, gerbli künc
ştamplarının daxil edilməsi zərurəti ilə bağlı olur.
Mətnə şəkil Microsoft Office paketində olan şəkillər qalareyasından və
ixtiyari şəkil faylından daxil edilə bilir.
Şəklin Microsoft Office paketində olan şəkillər qalareyasından daxil edilməsi
üçün kursoru şəkli daxil etmək istədiyiniz yerə gətirin və Microsoft Word 2010
pəncərəsinin yuxarı sağ küncündəki Insert (Вставка-Daxil et) qoşmasına daxil
olun və (Иллюстрация-Şəkil) qrupundan Clip (Клип-Klip) düyməsini sıxın (şəkil
60.).
İ N F O R M A T İ K A
____________________________________________________________ 267
Şəkil 60. (Иллюстрация-Şəkil) qrupu, Clip (Клип-Klip) düyməsi
Sənədi redaktə etdiyiniz işçi oblast daralır, sağda Clip (Клип-Klip) adlı sahə
açılır. Bu sahədə Start (Начать-Başla) düyməsini sıxsanız, Microsoft Office
paketində olan şəkillər qalareyasında olan bütün şəkillər ekranda əks olunacaq və
zövqünüzə uyğun şəkli seçə bilərsiniz (şəkil 61.).
Şəkil 61. (Клип-Klip) düyməsini sıxdıqda ekrana açılmış dialoq pəncərəsi
İxtiyari şəkil faylından da şəkil daxil etmək olar. Bunun üçün (Вставка-Daxil
et) qoşmasından Picture (Рисунок-Rəsm) düyməsini sıxın. İş masasına (Вставка
рисунка-Rəsmin daxil edilməsi) dialoq pəncərəsi açılacaq (şəkil 62.). Dialoq
İ N F O R M A T İ K A
____________________________________________________________
268
pəncərəsindəki şəkillərdən istənilən birini zövqünüzə uyğun seçin və İnsert
Вставить-Daxil et) düyməsini sıxın.
Şəkil 62. (Вставка рисунка-Rəsmin daxil edilməsi) dialoq pəncərəsi
Daxiletmə üsulundan asılı olmayaraq, şəkil üzərində müəyyən əməllər
yığımını icra etmək olur. Belə ki, şəkli seçsəniz, onun ətrafında şəkil 63-də
görünən çərçivə yaranır.
Şəkil 63. Təsvir ətrafında çərçivənin yaranması
|