İ N F O R M A T İ K A
____________________________________________________________
296
altmenyudan isə (Объeмная гистограмма-Həcmli histoqram) bölməsinin
bəndlərindən birini seçək.
Şəkil 89. Histoqram qurmaq üçün ilkin verilənlər
İş vərəqində diaqram yerləşən düzbucaqlı sahənin əmələ gəldiyini
görəcəyik. Həmin düzbucaqlı sahəni mausdan istifadə etməklə diaqramın iş
vərəqində yerləşməli olduğu yerə sürümək olar (şəkil 90.).
Şəkil 90. Diaqramın iş vərəqində yerləşdirilməsi
İ N F O R M A T İ K A
____________________________________________________________ 297
Diaqram oblastının ölçülərini dəyişdirmək olur. Diaqram oblastını əhatə edən
çərçivənin künclərində və tərəfləri üzərində nöqtələr yerləşir. Mausun oxunu
onların üzərinə gətirəndə ox iki istiqamətli ox forması alır. Bu momentdə sol
düyməni sıxılmış vəziyyətdə saxlayıb, mausun oxunun yerini dəyişəndə (mausu
hərəkət etdirəndə) diaqramla birlikdə diaqram oblastının ölcüləri də dəyişir.
Diaqram oblastında diaqramdan başqa hansı verilənlərin hansı rənglə və ya
naxışla əks etdirildiyini göstərən qeyd (yazı) də olur. Belə yazılar
legenda
adlanır. Legendaların əks etdirilməsi üçün müxtəlif parametrlər verilə bilər. Bu
məqsədlə mausun oxunu diaqram oblastındakı legendanın üzərinə gətirib, sağ
düyməni sıxın. Açılan kontekst menyudan (Формат легенды-Legendanın formatı)
bəndini seçin (şəkil 91.).
Şəkil 91. Leqendanın iş vərəqində əks etdirilməsi
Legendanın tənzimlənməsi pəncərəsinin sol tərəfində tənzimləmə
kateqoriyalarının siyayhısı yerləşir. Seçilmiş kateqoriya üçün tənzimləmə
variantları pəncərənin sağ tərəfində əks etdirilir.
92 saylı şəkildə (Параметры легенды-Legendanın parametrləri)nin
tənzimlənməsi kateqoriyaları göstərilmişdir. Onarın köməyi ilə diaqrama nəzərən
legendanın vəziyyətini (yerləşməsini) müəyyən etmək olur.
Yeni tənzimləmələr (Свечение и сглаживание-İşıqlandırma və
səlisləşdirmə) kateqoriyasına daxil edilmişdir (şəkil 93.). Kateqoriyadan istifadə
etməklə hazırlanmış diaqramlara tərtibat effektini tətbiq etmək və həmin effektləri
tənzimləmək mümkündür. Tənzimləmələr pəncərəsi ilə işi sona çatdırmaq üçün
Close (Закрыть-Qapat) düyməsini sıxmaq lazımdır.
Bəzi diaqram növlərindən istifadə etməklə, məsələn, histoqram üçün
koordinat oxlarının əks etdirilməsini və ölçüsünün xüsusiyyətlərini tənzimləmək
olur. Bundan ötrü diaqramın ixtiyari oxu üzərində mausun sağ düyməsini sıxıb,
açılan kontekst menyudan (Формат оси-Оxun formatı) bəndini seçmək lazımdır.
İş masasına açılan dialoq pəncərəsində kateqoriyalar üzrə müxtəlif tənzimləmələr
göstərilir.
|