İ N F O R M A T İ K A ____________________________________________________________
294
Çeşidləmə üçün əvvəlcədən bir neçə sütunda yerləşən oyuqların qiymətləri
seçilmiş olarsa sətrləri əvvəlcə bir sütuna görə çeşidləmək, sonra isə həmin
çeşidləmə nəzərə alınmaqla digər sütun üzrə çeşidləmə yerinə yetirilə bilər və s.
Bu halda (Сортировка и фильтр-Çeşidləmə və süzgəc) düyməsini sıxıb, açılan
menyudan (Настраиваемая сортировка-Tənzimlənən çeşidləmə) bəndini seçmək
olar.
Şəkil 86. Ayrılmış oyuqlar diapazonunun çeşidlənməsi
Bu zaman iş masasına 87 saylı şəkildəki dialoq pəncərəsi açılacaq.
Şəkil 87. Çeşiləmə qaydasının tənzimlənməsi
İ N F O R M A T İ K A ____________________________________________________________ 295
Əvvəlcə çeşidləmə üçün bir sütun seçilir və sətrlər birinci növbədə həmin
sütuna görə çeşidlənir. Çeşidləmənin tənzimlənməsinə daha bir sütun əlavə
etmək üçün (Добавить уровень-Səviyyə əlavə et) düyməsini sıxın. İkinci sütun
üzrə çeşidləmə istiqamətini göstərməyə imkan verən ikinci yazı əmələ gələcək.
Digər sütunlar üzrə çeşidləmə də analoji üsulla əlavə edilir (şəki 88.).
Şəkil 88. Bir neçə sütun üzrə çeşidləmə
DİAQRAMLARIN QURULMASI Bəzən məruzəci ancaq çoxlu sayda rəqəmlərdən ibarət olan məruzəni
əyani təsvir şəklində göstərməli olur. Bəzi hallarda bu məruzəçi (istifadəçi) üçün
daha səmərəli (və ya sərfəli) olur. Vəziyyəti daha sadə anlatmaq üçün belə
təsvirlərdən istifadə etmək hətta istifadəçinin özü üçün də faydalı ola bilir.
Belə vəziyyətlər üçün Microsost Excel 2010-da diaqram yaratmaq
mexanizmi nəzərdə tutulmuşdur.
Diaqramar iş vərəqindəki cədvələ daxil edilmiş verilənlər əsasında yaradılır.
Diaqramlarla iş üçün nəzərdə tutulan alətlər Insert (Вставка-Daxil et)
qoşmasında yerləşən Charts (Диаграммы-Diaqramlar) qrupuna daxi edilmişdir.
Diaqramlar qrupuna keçmək üçün mausun oxunu Insert (Вставка-Daxil et)
qoşmasının üzərinə gətirib sol düyməni sıxmaq lazımdır.
Bu qrupda müxtəlif diaqram növləri əks etdirilir. Diaqramın tipinin adını
göstərən düyməni sıxanda iş masasına dinamik menyu açılır və bu menyudan
seçilmiş tipə aid olan konkret diaqram modifikasiyasını seçmək olar.
89 saylı şəkildə göstərilən cədvəl məlumatları əsasında həcmli histoqram
yaradaq
.
Əvvəlcə başlıqları ilə birlikdə histoqramın qurulması üçün istifadə ediləcək
verilənləri ayırmaq lazımdır. 89 saylı şəkildən görünür ki, ədədi qiymətlər yazılmış
səkkiz oyuq və onların başlıqları daxil edimiş oyuqlar ayrılmışdır.
Şəkil 89-da göstərilən (Диаграммы-Diaqramlar) düyməsini sıxaq və ekrana
açılmış menyudan (Гистограмма-Histoqram) əmrini, əmrin seçilməsi ilə açılan