CƏDVƏLİN ÇƏRÇİVƏYƏ ALINMASI
Cədvəlin xanalarını (oyuqlarını) ayıran xətlər oyuqların sərhəddini bildirir və
həmin xətlər vərəq çap ediləndə çapa çıxmır. Çap zamanı xətlərin hamısının və ya
bir hissəsinin görünməsini təmin etməklə yanaşı, onlarin tiplərinidə göstərmək
mümkündür.
Şəkil 76. Cədvılin oyuqlarının çərçivəyə alınması
Cari oyuğu və ya ayrılmış oyuqları çərçivəyə almaq üçün Home (Главная-
Əsas) qoşmasındakı bu məqsəd üşün nəzərdə tutulan düymənin
sağ
tərəfində yerləşən ox işarəsini sıxın və Sizə lazım olan çərçivəyə alma variantını
seçin.
Butövlükdə cədvəli ayırıb çərçivəyə almaqla və ya cədvəlin ayrı-ayrı
hissələrini ayırıb, hər bir hissə üçün fərqli cərçivəyə almadan istifadə etməklə çap
zamanı nəfis şəkildə formatlaşdırılmış sənəd almaq olar (şəkil 76.).
İ N F O R M A T İ K A
____________________________________________________________
286
OYUĞUN MƏZMUNUNUN FORMATI
Oyuğa verilənləri daxil edəndə adətən susma prinsipi ilə nəzərdə tutulan
müxtəlif tənləşdirmələr yerinə yetirilir. Oyuğa təkcə rəqəmlər daxil ediləndə
məzmun avtomatik sağ kənara tənləşdirilir. Oyuğa təkcə müxtəlif hərflər daxil
ediləndə isə məzmun avtomatik sol kənara tənləşdirilir.
Bu ona görə baş verir ki, oyuqların məzmununu tipə görə təsnifləşdirməklə
yanaşı, bu təsnifatdan asılı olaraq onları müəyyən qayda ilə də emal etmək
mümkün olsun. Məsələn, əgər sütundakı oyuqlar qrupunun məzmunu ədədlərdən
ibarət olarsa, həmin ədədlərin yekun cəmini hesablamaq olar. Bundan ötrü isə
Microsoft Excel 2010 müəyyən edə bilməlidir ki, həmin oyuqlarda təkcə ədədlər
yazılıb.
Microsoft Excel 2010-un ədədləri avtomatik sağ kənara tənləşdirməsi heç də
o demək deyil ki, belə tənləşdirməni hökmən saxlamaq lazımdır. Biz sadəcə
olaraq gördük ki, bu əlamətə görə Microsoft Excel 2010 daxil edilən qiymətləri
ədəd kimi qəbul edir.
Sütuna ədədləri daxil edəndən sonra onu istədiyiniz kimi tənləşdirə
bilərsiniz. Bununla yanaşı, Microsoft Excel 2010-a göstəriş də verə bilərsiniz ki,
daxil etdiyiniz verilənləri o necə qəbul etsin. Bu məqsədlə verilənin tipini müəyyən
etmək istədiyiniz oyuqda mausun sol düyməsini sıxın və ya oyuqlar qrupunu
ayırın. Home (Главная-Əsas) qoşmasındakı Number (Число-Ədədlər) qrupunun
yuxarı hissəsində, aşağıya istiqamətlənmiş düyməni sıxın (şəkil 77.). Ekrana
açılmış siyahıdan lazım olan formatı seçin (məsələn, şəkil 78-də verilmiş formatı).
Tələb olunan formatı müfəssəl göstərə bilmək üçün açılan siyahıdan
(Другие числовые форматы-Digər ədədi formatlar) bəndini seçmək olar. Bu
zaman Sizə təklif olunan verilən tiplərinin hər birinin bir neçə variantı olan dialoq
pəncərəsi masaüstünə açılır (Məsələn, dialoq pəncərəsindən istifadə etməklə
ədədi (hesabi) verilənlər üçün vergüldən sonrakı işarələrin sayını müəyyən etmək
olar). Susma prinsipi ilə vergüldən sonra iki işarə nəzərdə tutulur, istifadəçi
veriləni daha böyük dəqiqlik (30 işarəyə qədər) müəyyən edə bilər.
Beləliklə, Microsoft Excel 2010 cədəllərin köməyi ilə istifadəçiyə bir sıra
mühəndis məsələlərini həll etməyə imkan verir.
|