MICROSOFT EXCEL İLƏ İŞİN SONA ÇATDIRILMASI
Microsoft Excel 2010-la işi sona çatdırmaq üçün proqram pəncərəsinin
sağ/yuxarı kuncündə yerləşən standart qapatma düyməsini sıxmaq və ya File
(Файл-Fayl) menyusundan Exit (Выход-Çıxış) əmrini seçmək lazımdır. Əgər Sizin
işlədiyiniz iş kitabında aparılmış son dəyişikliklər faylda saxlanıbsa, Microsoft Excel
2010-la iş sona çatacaq və onun pəncərəsi bağlanacaq. Əks halda ekrana
“Dəyişikliyi saxlamalı?” sualı əks olunan dialoq pəncərəsi açılacaq. Bu pəncərədəki
Yes (Да-Hə) düyməsi sıxılanda dəyişikliklər saxlanır və Microsoft Excel 2010-la iş
sona çatır. No (Нет-Yox) düyməsi sıxılanda isə dəyişikliklər saxlanmır və Microsoft
Excel 2010-la iş sona çatır. Əgər istifadəçi (Отмена-İmtina) düyməsini sıxarsa
cari iş kitabı üzərində redaktə işini davam etdirə bilər.
SƏNƏDİN AÇILMASI
Əvvəlcədən yaddaşda saxlanmış (Книга-İş Kitabı) ilə işi davam etdirmək
üçün onu açmaq lazımdır. Sənədi açmaq üçün File (Файл-Fayl) menyusunu
seçəndən sonra Open (Открыть-Aç) əmrini seçmək lazımdır. Nəticədə iş
masasına faylı açmaq üçün standart dialoq pəncərəsi açılacaq. Dialoq
pəncərəsində Book (Книга-İş Kitabı) saxlanmış qovluğun adını tapmaq və həmin
qovluqdan lazım olan Book (Книга-İş Kitabı) faylının adını seçəndən sonra Open
(Открыть-Aç) əmrini yerinə yetirmək lazımdır.
Redaktə etmək istədiyiniz Book (Книга-İş Kitabı) üzərində Microsoft Excel
2010-la işləməyinizdən çox müddət keçməyibsə File (Файл-Fayl) menyusunu
seçəndən sonra sağ tərəfdə açılan (Последные документы-Sonuncu sənədlər)
siyahısından Sizə lazım olan Book (Книга-İş Kitabı)nın adını seçməklə də onu
açmaq olar.
İ N F O R M A T İ K A
____________________________________________________________
280
OYUQLARIN, SƏTR VƏ SÜTUNLARIN ƏLAVƏ
EDİLMƏSİ
Cədvəlin doldurulmuş hissəsinə yeni oyuq, sətr və ya sütun əlavə etməkdən
ötrü aşağıdakı şəkildə göstərilən kimi bu məqsəd üçün nəzərdə tutulan İnsert
(Вставить-Əlavə et) düyməsi üzərindəki aşağı yönəlmiş oxu sıxmaq lazımdır.
Nəticədə menyu acılacaq və həmin menyudan nə əlavə etmək lazımdırsa
onu seçmək lazımdır. Yeni sütun cari oyuq yerləşən sütundan sol tərəfə əlavə
edilir. Yeni sətrin əlavə edilməsi seçiləndə yeni sətr cari oyuq yerləşən sətrdən
yuxarı əlavə edilir.
Yeni oyuq əlavə etmək seçiləndə iş masasına dialoq pəncərəsi açılır (şəkil
71.). Həmin pəncərədə həm ayrıca oyuğun, həm də sətr və ya sütunun əlavə
edilməsi üçün müxtəlif variantlar seçmək olar.
Şəkil 71. Oyuq əlavə etmək üçün pəncərə
|