İ N F O R M A T İ K A ____________________________________________________________
320
Set as Default Theme (Сделать темой по умолчанию - Susmaya görə
möşzu hazırlamaq)
- əmr yerinə yetirildikdə mövzu susmaya görə
təqdimat hazırlanan zaman növbəti mərhələlərdə istifadə ediləcək.
Design (Дизайн - Dizayn) qoşmasının Theme (Темы - Mövzular)
qrupundakı Concourse (Аспект - Aspekt) mövzusunu seçin və onu təqdimatın
bütün slaydlarına tətbiq edin. Əməliyyatın nəticəsi 119 saylı şəkildə gostərilən
kimi olacaqdır.
Şəkil 119. Slayda Concourse (Аспект - Aspekt) mövzusunun tətbiqi
Microsoft PowerPoint 2007 proqramı istifadəçiyə hazırladığı slaydlara
animasiyanın tətbiqinə də imkan verir. Bu məqsədlə lent üzərindəki Animation
(Анимация - Animasiya) qoşmasındakı alətlərdən istifadə etmək məsləhətdir
(şəkil 120.).
Şəkil 120. Animation (Анимация-Animasiya) qoşması
Cari slayda tətbiq edəcəyiniz animasiya effektlərinin dəqiq sazlanması
rejiminə keçmək üçün lentin sol tərəfində yerləşən Custom Animation (Настройка
İ N F O R M A T İ K A ____________________________________________________________ 321
анимации - Animasiyanın sazlanması) düyməsini sıxın. Ekrana aşağıdakı şəkildə
göstərilən dialoq pəncərəsi açılacaqdır (şəkil 121.).
Şəkil 121. Ekrana açılmış dialoq pəncərəsi
İstifadəçi Transition to This Slide (Переход к этому слайду - Bu slayda
keçid) qrupundan konkret animasiya effektini seçə bilər. Öndə qeyd olunduğu
kimi bu qrupda da sürüşdürmə düymələrindən istifadə etməklə proqramın
istifadəçiyə təqdim etdiyi animasiya effektləri siyahısına baxış keçirmək
mümkündür (şəkil 122.).
Beləliklə, istifadəçi ekrana açılmış animasiya effektləri siyahısından zövqünə
uyğun effekti seçməklə onu hazırladığı slayda tətbiq edə bilər.
Bununla yanaşı, proqram istifadəçiyə hazırladığı slaydın animasiya effekti ilə
yanaşı səs effekti ilə də müşahidə olunmasına imkan yaradır. Bunun üçün lent
üzərindəki Transition Sound (Звук перехода - Səsin Keçidi) düyməsini sıxmaq
kifayətdir.