İ N F O R M A T İ K A
____________________________________________________________ 321
анимации - Animasiyanın sazlanması) düyməsini sıxın. Ekrana aşağıdakı şəkildə
göstərilən dialoq pəncərəsi açılacaqdır (şəkil 121.).
Şəkil 121. Ekrana açılmış dialoq pəncərəsi
İstifadəçi Transition to This Slide (Переход к
этому слайду - Bu slayda
keçid) qrupundan konkret animasiya effektini seçə bilər.
Öndə qeyd olunduğu
kimi bu qrupda da sürüşdürmə düymələrindən istifadə etməklə proqramın
istifadəçiyə təqdim etdiyi animasiya effektləri siyahısına baxış
keçirmək
mümkündür (şəkil 122.).
Beləliklə, istifadəçi ekrana açılmış animasiya effektləri siyahısından zövqünə
uyğun effekti seçməklə onu hazırladığı slayda tətbiq edə bilər.
Bununla yanaşı, proqram istifadəçiyə hazırladığı slaydın animasiya effekti ilə
yanaşı səs effekti ilə də müşahidə olunmasına imkan yaradır.
Bunun üçün lent
üzərindəki Transition Sound (Звук перехода - Səsin Keçidi) düyməsini sıxmaq
kifayətdir.